Sumqayıt şəhərində daha bir yol çöküb.
ONN media xəbər verir ki, hadisə “dejurnıy” adlanan ərazidə, Kamran Hüseynov küçəsində baş verib. Dünən günorta saatlarında kanalizasiya xəttinin çürüməsi nəticəsində asfaltın alt hissəsində torpağın yuyulmasından sonra asfalt çöküb və çuxur yaranıb.
“Azərsu” ASC-nin Sumqayıt şəhər Sukanal İdarəsinin rəisi Darvin Hüseynov bildirib ki, hadisə baş verəndən bir neçə saat sonra su xəttində yaranan problem aradan qaldırılıb və həmin ərazidə yaşayan əhali içməli su ilə tam təmin olunub: “Kanalizasiya xəttində tutulma nəticəsində şişmə baş verib. Hazırda kanalizasiya sularının maneəsiz daşınması üçün uçqun baş verən quyudan öncəki və sonrakı quyular torpağın üstündən aparılan borular vasitəsilə birləşdirilib. Bakıdan gələn mütəxəssislərin rəyinə əsasən, bu hissədə kanalizasiya xətləri yenilənəcək. Bu ərazidə qrunt suları da çoxdur,1,5 metr qazandan sonra qrunt sularına rast gəlirik. Buna görə də Sumqayıtda təmir işləri aparmaq Bakıdan daha çətindir. Təxminən 5 gün ərzində biz burada işlərimizi tamamlayacağıq. Ardınca müvafiq işlər görüldükdən sonra yol istifadəyə veriləcək”.
D.Hüseynov əlavə edib ki, problem təkcə bu ərazidə deyil, ümumiyyətlə kanalizasiya xətləri istismar müddətini başa vurub: “Bunlar 1949-cu illərdə çəkilmiş kanalizasiya xətləridir və bu xətlər artıq ömrünü başa vurub. 2012-ci ildən sonra bir neçə dəfə çökmə hadisələri baş verib. Hissə-hissə olaraq xətlər dəyişdirilir”.



Şirvanda yol çökdü- FOTO
"Azərsu"dan yol çökməsi məsələsi ilə bağlı AÇIQLAMA
Bu ərazidə yol çökdü, yük maşını çuxura düşdü
İçməli su ilə bağlı YENİLİK
Paytaxtın bu hissəsinə də yeni su xətləri çəkilir
Azərbaycanda bu yol beşinci dəfə ÇÖKDÜ
Ucarda torpaq uçqunu: "Azərsu"nun 2 əməkdaşı...
Nobel prospektindəki çökmə ilə bağlı alternativ yollar açıqlandı
Bu rayonda yeni içməli su şəbəkələri yaradılır
Kanalizasiyadan elə birşey çıxdı ki...
Xətaidə 2 əsas küçə təmir edilir
Yağış yağdı, apteki su basdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 