"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakının Nobel prospektində çökən yolla bağlı araşdırmalara başlayıb.
ONN media Trend-ə istinadla xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O, bildirib ki, həmin ərazidə baş vermiş çökmə su və kanalizasiya xətləri ilə bağlı deyil: "Yolun çökməsi "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin su və kanalizasiya xətlərindəki sızmalarla bağlı deyil. Hal-hazırda bizim iki qrupdan ibarət mütəxəssislərimiz orada işləyirlər. Onlardan biri georadar qrupudur. Həmin qrup torpağın altında yeraltı suların səviyyəsini və qruntun tərkibini öyrənməklə məşğuldur. İkinci qrup isə orada torpağın 24 metr dərinliyindən keçən "Sahil" kollektorunun quyusuna daxil olub həmin quyunu inyeksiya edirlər ki, kənardan qrunt suları həmin quyuya daxil olmasın. Çünki qrunt suları kənardan suya daxil olanda özü ilə torpağı yuyub gətirir və torpağın da yuyulması hesabına çökmələr yarana bilər. Bunlar da sadəcə ehtimaldır. Bizim mütəxəssislər Nobel prospektindən keçən su və kanalizasiya xətlərini yoxlayıblar və heç bir axıntı müşahidə olunmayıb. Əksinə, kənardan qrunt sularının bizim kollektora axıntısı var ki, bunun da hesabına ərazidəki torpağın çökməsi ola bilər".
Xatırladaq ki, ötən ay paytaxtın Nobel prospektində, "Azərneftyağ" neft emalı zavodunun qarşısındakı yolda çökmə hadisəsi baş verib. Hadisəyə su sızmasının səbəb olması bildirilirdi.
Qeyd edək ki, Nobel prospektində "Azərneftyağ" neft emalı zavodunun qarşısında yaranan çökmə 2014-cü ildə də baş vermişdi. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub və bununla da asfalt-beton örtüyü tamamilə çökmüşdü.



Bulvardan dənizə çirkab suları axıdılır? - VİDEO
Daha bir yol çökdü
Nobel prospektindəki çökmə ilə bağlı alternativ yollar açıqlandı
Bakının bu hissəsində su olmayacaq - QƏZA VAR
Kanalizasiyadan elə birşey çıxdı ki...
Bakıda bir qrup sakin yolu niyə bağladı?
“Azərsu” ASC-nin səlahiyyətləri artırıldı
Nobel prospektinin çökmə səbəbi AÇIQLANDI
Azərbaycanda suyun qiyməti bahalaşır?
Binəqədi şosesi nə vaxt istifadəyə veriləcək? - VAXT AÇIQLANDI
Paytaxtın bu hissəsinə də yeni su xətləri çəkilir
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 