Biləcəri qəsəbəsinin Füzuli küçəsindən keçən 1000 mm diametrli kanalizasiya kollektordan kəsilmiş mal başları və digər bərk məişət tullantıları çıxarılıb.
ONN media xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı sosial şəbəkədə məlumat paylaşıb. A.Cəbrayıllı bidlirib ki, həmin ərazidə kanalizasiya quyusundan çirkab suların qaynaması barədə “Azərsu” ASC-yə müraciət daxil olduqdan sonra baxış keçirilib, əraziyə xətləri yüksək təzyiqlə yuyan xüsusi təyinatlı maşın və digər mexanizmlər cəlb olunub: “Bütün səylərə baxmayaraq, kollektroda baş verən tutulmanı açmaq mümkün olmayıb. Sonra kollektorun 4 metr dərinlikdən keçən hissəsinin üzəri açılıb, dəmir-beton boru 2 yerdən sındırılaraq xəttin içərisinə müdaxilə olunub. Tutulma baş verən hissədən bir-birinə və borunun divarlarına pərçim olunmuş kəsilmiş mal başları, çoxlu sayda sement kisələri, hər birinin uzunluğu 1 metrdən çox olan 2 taxta parçası, digər bərk məişət tullantıları çıxarılıb və çirkab suların normal axını təmin edilib. Adi hallarda kollektorda tutulmalar bir-neçə saata aradan qaldırlırsa, Biləcəri qəsəbəsi Füzuli küçəsində kollektorun təmizlənməsi 3 gündən artıq vaxt aparıb.
Heyvan kəsimi ilə məşğul olanlara, eləcə də əhalinin diqqətinə bir daha çatdırırıq ki, kanalizasiya xətləri tullantı suların axıdılması üçün nəzərdə tutulub, ora hər hansı bərk məişət tullantıların atılması yolverilməzdir. Belə hallar kollektorlarda tez-tez tutulmalara, yolların, həyətlərin və ətraf ərazilərin çirkab suları altında qalmasına səbəb olur”.



"Azərsu"dan yol çökməsi məsələsi ilə bağlı AÇIQLAMA
Nazirlik “Azərsu”yu məhkəməyə verdi
Anar Cəbrayıllı vəzifəsindən ayrıldı
Bibiheybətdə su problemi nə zaman həll ediləcək?
Bulvardan dənizə çirkab suları axıdılır? - VİDEO
Biləcəridə qatar deposunda güclü yanğın olub
Bakıətrafı ərazilərdə yaşayanlara ŞAD XƏBƏR – YENİ LAYİHƏ
Daha bir yol çökdü
Bu rayonda yeni içməli su şəbəkələri yaradılır
Paytaxtın bu hissəsinə də yeni su xətləri çəkilir
Azərbaycanda VƏZİFƏLİ ŞƏXS cərimələndi
Parkinqdə olan saatlarla tıxacın səbəbi nədir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 