Erməni cəmiyyətində Nikol Paşinyanın və ətrafının vədləri ilə bağlı məyusluq yaranır. İndi məlum olub ki, baş nazirin komandasında və parlamentdə bir çox şəxslər qoyulan tələblərə cavab vermirlər. Bu isə vətəndaşlar arasında hakimiyyətdən narazılığı artırır.
ONN media xəbər verir ki, bu fikirləri politoloq Vigen Akopyan yanvarın 21-də keçirdiyi mətbuat konfransında bildirib.
Politoloq əlavə edib ki, indi zaman yeni hakimiyyətin əleyhinə işləyir. Erməni xalqı baş nazirdən sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını gözləyir və onun hər addımını ciddi təhlil edir. Yaranmış vəziyyətdən ciddi narahatlıq keçirən hakimiyyət nümayəndələri, xüsusən baş nazir müxtəlif manevrlər edir, buraxdıqları bu və ya digər nöqsanlara bəraət qazandırmaq istəyirlər. "Komanda üzvləri başa düşürlər ki, "məxməri inqilabdan" sonra yaranmış rahat şərait artıq sona çatıb. İndi cəmiyyətdə tamamilə başqa əhval-ruhiyyə var və bu atmosfer böyük dərəcədə hakimiyyətin lehinə deyil", - deyə Akopyan diqqətə çatdırıb.
Vətəndaşların əsas diqqətinin yeni parlamentə yönəldiyini vurğulayan politoloq bildirib ki, ötən həftə hakim blok olan "Bizim addım" fraksiyasından bir neçə gənc və təcrübəsiz deputatlar qalmaqallı bəyanatlar veriblər və bundan sonra ictimaiyyətdən üzr istəyiblər. "Xüsusilə, bu blokun deputatı Ayk Koncoryanın Ermənistana dost olan İranı "avtoritar dövlət" adlandırması sosial şəbəkələrdə ciddi söz-söhbətə səbəb olub. Hesab edirəm ki, parlamentdə təmsil olunan gənc deputatlar bu işin incəliklərini öyrənməlidir", - deyə politoloq əlavə edib.
Erməni media eksperti Tiqran Köçəryan da yeni ölkə parlamentinə yanaşmada bədbindir. Onun sözlərinə görə, deputatların cəmi 10-15 faizi müəyyən təcrübəyə malikdir, qalanların cəmiyyət qarşısında xidmətləri isə Paşinyanın mitinqlərində iştirak etməkdən ibarətdir. Azərtac



Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da... - Politoloq
Son 6 ayda Ermənistanı yüz mindən çox insan tərk edib
İlham Əliyev: Ermənistanda kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı
Qasparyan özü ən böyük satqındır - PAŞİNYAN
Ermənistan YENƏ QARIŞDI: Paşinyana cinayət işi açılsın
Paşinyan içib, Putini təhqir etdi
Azərbaycan Ordusu demarkasiya işləri aparır - Akopyan
Akopcanyan: Əgər Bakını qəzəbləndirsək...
Paşinyandan ilk müharibə etirafı
Qarabağda savaş başlaya bilər – Rusiyadan baxış
Bakının əlində Paşinyanın video faktları var – Ermənistan ŞOKDA
Sazişdə Zəngəzur dəhlizi var, nağıl danışmayın – Akopcanyan
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 