Moskva məhkəməsi azərbaycanlı jurnalistin aprelin 15-də deport edilməsi haqqında qərar çıxarıb.
ONN media xəbər verir ki, aprelin 12-də məhkəmə Moskva vilayətinin Miqrasiya Xidmətinin müraciəti əsasında F.Abbasovu saxlanması və evində axtarış aparılması haqqında qərar çıxarıb.
Abbasov bir neçə ildir Rusiyada yaşayır. Türkiyənin bir neçə media quruluşunun Moskva müxbiri olan jurnalist Rusiya teleməkanında Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı tok-şoularda rəsmi Bakının mövqeyini ən qatı müdafiəçisi kimi tanınır.
Bir neçə ay öncə Fuad Abbasov azərbaycanlılar və çeçenlər arasında baş verən qanlı toqquşmadan sonra pravoasiyaların genişlənməməsi üçün tərəflər arasında barış missiyasını yerinə yetirməsi ilə gündəmə gəlmişdi. Missiya uğura nəticələnəndən sonra Rusiyanın müxtəlif vilayətlərində fəaliyyət göstərən bir neçə Azərbaycan icması onun başçılığı ilə yeni diaspor qurumu yaratamaq təşəbbüsü irəli sürmüşdülər. Ancaq Rusiya Azərbaycanlıları Konqresi və Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin (AzerRos) təşəbbüsə etirazlarından sonra məsələ açıq qalmışdı.
Miqrasiya Xidmətini Fuad Abbasovun evində axtarış aparan zaman 15 milyon rubl (təxminən 230 min rubl) müsadirə edilib, Fuad Abbasov isə Moskva Daxili İşlər İdarəsinin istintaq təcridxanasına aparılıb. Xəbərdə o da bildirilir ki, Rusiyadakı bir neçə azərbaycanlı icması da jurnalistin deport edilməsi üçün Moskva məhkəməsinə müraciət edib. Səbəb kimi onun fəaliyyətinin Azərbaycan diasporunun Rusiya ictiamiyyəti qarşısında gözdən salınmasına xidmət etdiyi göstərilib.
Yada salaq ki, bu, 2019-cu ildə fəal azərbaycanlılarla bağlı Rusiya məhkəmələrinin ikinci qərarıdır. AzerRos-un keçmiş rəhbəri, Söyün Sadıqov da bir müddət öncə həbs edilib. Fuad Abbasov faktında olduğu kimi onun saxlanmasında da Rusiyadakı erməni diasporunun əli olduğu bildirilir.yeniçağ



SON DƏQİQƏ: Bakıda Rusiya səfirliyi qarşısında Fuad Abbasovla bağlı aksiya - FOTOLAR
Fuad Abbasov sabah Azərbaycana deportasiya edilə bilər
Fuad Abbasov Azərbaycana BU TARİXDƏ deportasiya ediləcək
Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada saxlanılıb
Məhkəmə jurnalist Fuad Abbasov barəsində QƏRAR VERDİ
Fuad Abbasov Avropa Məhkəməsinə müraciət edəcək
Ombudsman Fuad Abbasovla bağlı hərəkətə keçdi
Fuad Abbasovun atasından ŞOK AÇIQLAMA
Fuad Abbasova daha bir zərbə
Fuad Abbasovla bağlı YENİ XƏBƏR VAR
Fuad Abbasovla bağlı yeni xəbər
Fuad Abbasovla bağlı xəbər var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 