Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında qarşılaşacaq İngiltərənin “Çelsi” və “Arsenal” komandaları start heyətlərini açıqlayıblar. ONN media xəbər verir ki, UEFA-nın rəsmi saytında yer alan xəbərə görə, komandaların ilk “11-lik”ləri aşağıdakı kimidir: “Çelsi”: 1. Kepa Arrisabalaqa, 28. Sesar Aspilikueta , 27. Andreas Kristiensen, 30. David Luis, 33. Emerson Palmieri, 17. Mateo Kovaçiç, 5. Jorjinyo, 7. Nqolo Kante, 11. Pedro Rodriqes, 18. Oliviye Jiru, 10.Eden Azar “Arsenal”: 1. Petr Çex, 31. Sead Kolaşinats, 6. Loran Koselny, 5. Sokratis Papastatopulos, 18. Naço Monreal, 15. Enzli Meytlend-Naylz, 34. Qranit Caka, 11. Lukas Torreyra, 14. Pyer-Emerik Obameyanq, 10. Mesut Özil, 9. Aleksandr Lyakezett *** Bu gün Azərbaycanda tarixi anlar yaşanacaq. Qitənin ən nüfuzlu turnirlərindən biri olan UEFA Avropa Liqasının 2018-2019 mövsümü final mərhələsi Bakıda baş tutacaq. Dünya miqyasında 1 milyard insan Bakı Olimpiya Stadionunda İngiltərə derbisi izləyəcək. İki London təmsilçisi “Çelsi” və “Arsenal” kubok uğrunda mübarizə aparacaq. Artıq hər iki komanda Bakıdadır və oyunöncəsi ilk məşqlərinə başlayıblar. Rəsmi qurumların məlumatına görə, oyunu stadiondan 60 mindən çox tamaşaçı izləyəcək. Tarixi final qarşılaşması saat 23:00-da başlanacaq. Matçı İtaliyalı baş hakim Canluka Rokki idarə edəcək. UEFA-nın rəsmi saytı bildirir ki, finalçılar Bakıya bu heyətlə yollanıb: Arsenal: Petr Çex, Sead Kolaşinats, Loran Koselny, Sokratis Papastatopulos, Şkodran Mustafi, Enzli Meytlend-Naylz, Qranit Caka , Lukas Torreyra, Pyer-Emerik Obameyanq, Mesut Özil, Aleksandr Lyakezett. Çelsi: Kepa Arrisabalaqa, Sezar Aspilikueta, Andreas Kristiensen, Devid Luis, Markos Alonso, Mateo Kovaçiç, Jorjinyo, Ross Barkli, Pedro Rodriqes, Oliviye Jiru, Eden Azar. Avropa Liqası Final 29 may 23:00. "Çelsi" (İngiltərə) - "Arsenal" (İngiltərə) Baş hakim: Canluka Rokki Bakı Olimpiya Stadionu
Bakıda tarixi anlar yaşanır - Start heyətlər açıqlandı



Dünyanın gözü Bakıda- Tarixi anlar yaşanır
"Arsenal" klubunun futbolçuları Bakıdadırlar
Kuboka “Çelsi” sahib oldu - Yenilənib
Avropa Liqasının finalına bilet varmı?
Özildən böyük final öncəsi paylaşımı: Azərbaycanlı qardaşlarım...
"Çelsi" və "Arsenal" azarkeşləri üçün Bakıda 3 ərazi ayrıldı
Dünyanın 203 ölkəsi eyni anda Bakını görəcək - MÖHTƏŞƏM ANLAR
İlham Əliyev və ailəsi final oyununu stadionda izləyib
UEFA-dan “Arsenal” azarkeşlərinə XƏBƏRDARLIQ
Bakıdakı finalın ən yaxşısı adına namizədlər kimlərdir?
Avroliqanın finalına nə qədər bilet satılıb? - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 