Bu gün Azərbaycanda tarixi anlar yaşanacaq. ONN media xəbər verir ki, qitənin ən nüfuzlu turnirlərindən biri olan UEFA Avropa Liqasının 2018-2019 mövsümü final mərhələsi Bakıda baş tutacaq. Dünya miqyasında 1 milyard insan Bakı Olimpiya Stadionunda İngiltərə derbisi izləyəcək. İki London təmsilçisi "Çelsi" və "Arsenal" kubok uğrunda mübarizə aparacaq. Artıq hər iki komanda Bakıdadır və oyunöncəsi ilk məşqlərinə başlayıblar. Rəsmi qurumların məlumatına görə, oyunu stadiondan 60 mindən çox tamaşaçı izləyəcək. Tarixi final qarşılaşması saat 23:00-da başlanacaq. Matçı İtaliyalı baş hakim Canluka Rokki idarə edəcək. UEFA-nın rəsmi saytı bildirir ki, finalçılar Bakıya bu heyətlə yollanıb: Arsenal: Petr Çex, Sead Kolaşinats, Loran Koselny, Sokratis Papastatopulos, Şkodran Mustafi, Enzli Meytlend-Naylz, Qranit Caka , Lukas Torreyra, Pyer-Emerik Obameyanq, Mesut Özil, Aleksandr Lyakezett. Çelsi: Kepa Arrisabalaqa, Sezar Aspilikueta, Andreas Kristiensen, Devid Luis, Markos Alonso, Mateo Kovaçiç, Jorjinyo, Ross Barkli, Pedro Rodriqes, Oliviye Jiru, Eden Azar. Avropa Liqası Final 29 may 23:00. "Çelsi" (İngiltərə) - "Arsenal" (İngiltərə) Baş hakim: Canluka Rokki Bakı Olimpiya Stadionu
Dünyanın gözü Bakıda- Tarixi anlar yaşanır



Bakıda tarixi anlar yaşanır - Start heyətlər açıqlandı
Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək
"Arsenal" klubunun futbolçuları Bakıdadırlar
Avropa Liqasının finalına bilet varmı?
"Çelsi" və "Arsenal" azarkeşləri üçün Bakıda 3 ərazi ayrıldı
Dünyanın 203 ölkəsi eyni anda Bakını görəcək - MÖHTƏŞƏM ANLAR
Bakı finalının açılış mərasimindən FOTOLAR
Özildən böyük final öncəsi paylaşımı: Azərbaycanlı qardaşlarım...
UEFA-dan “Arsenal” azarkeşlərinə XƏBƏRDARLIQ
UEFA finala gələn azarkeş sayını açıqladı
Avroliqanın finalına nə qədər bilet satılıb? - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 