Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yanvarın 24-dən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi barədə yaydığı məlumata əsasən “Azəriqaz” İstehsalat Birliyində xüsusi iş rejimi tətbiq olunacaq. “Azəriqaz”dan ONN media -ya verilən məlumata görə, birliyin rəhbərliyi tərəfindən bu məsələyə dair bütün struktur bölmələrə müvafiq tapşırıqlar verilib. Əmək normaları çərçivəsində istehsalatda işçilərin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin görülməsi diqqətə çatdırılıb. Bundan başqa, gözlənilən hava şəraitində qəza hallarının qarşısının operativ şəkildə alınması üçün idarə və müəssisələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil ediləcək. Təhlükəsizlik qaydalarına uyğun olaraq qaz paylayıcı stansiya və qaz tənzimləyici məntəqə ərazilərində odlu işlərin görülməsi dayandırılacaq. Abonentlərdən xahiş olunur ki, hər hansı qəza nəticəsində baş verən qaz sızmaları, sərfiyyat artdığına görə qazın normal rejimdə verilməsində qeydə alına biləcək çətinliklər və s. hallarda Birliyin 104/185 Çağrı mərkəzinə zəng edə bilərlər. Eləcə də (+99477) 3 104 104 saylı operativ whatsapp nömrəsinə yazılı, səsli və ya görüntülü mesajlarla məlumat verilməsi xahiş olunur.
Azərbaycanda hava şəraiti ilə bağlı xüsusi rejimə keçilir



“Azəriqaz” hava ilə bağlı xüsusi iş rejiminə keçir
“Azəriqaz” gücləndirilmiş iş rejimində işləyəcək
"Azəriqaz" gücləndirilmiş rejimə keçir
2500-dək neftçi təxliyyə edildi
"Azəriqaz" qeyri-sabit hava şəraiti ilə bağlı hərəkətə keçdi
Yol polisindən sürücülərə xəbərdarlıq
HAVA KƏSKİN DƏYİŞİR: Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
Polisdən XƏBƏRDARLIQ
DİQQƏT- Bu gecə hava kəskin soyuyur
“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
Azəriqaz rəsmi məlumat yaydı
"Azəriqaz"ın baş direktorundan CİDDİ TAPŞIRIQ
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 