Niderlandda fəaliyyət göstərən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi yerli “De Volkstrant” qəzetinin ölkəmizlə bağlı həqiqətə uyğun olmayan məlumat yaymasına etirazını bildirib.
Diasporla İş üzrə Dövləti Komitəsindən verilən məlumata görə, Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın qəzetin rəhbərliyinə ünvanladığı məktubda bildirilib ki, Azərbaycan əsilli niderlandlılar Ermənistanın ölkəmizə qarşı hərbi təxribatları barədə dürüst məlumatların dərc olunmasını vacib hesab edirlər.
Münaqişələrin həssas mövzu olduğunu və onlara fərqli maraqlar baxımından yanaşıldığını xatırladan birlik sədri vurğulayıb ki, belə xəbərlər dürüst və qərəzsiz şəkildə təqdim edilməlidir. “Faktla uydurmanın bir-birinə qarışdığı dövrdə “De Volkskrant” kimi media quruluşu obyektivliyə haqq qazandırmalıdır” - məktubda vurğulanıb.
Nəzərə çatdırılıb ki, jurnalist Karlin van Eşin müəllifi olduğu məlumatda yazdığı “On minlərlə erməni öldürüldü, bundan sonra qonşu Ermənistan müdaxilə etdi və Dağlıq Qarabağı tutdu” iddiası yalandır, üstəlik, bu uydurmanı tarixi fakt kimi göstərmək yolverilməz haldır: “Belə həssas mövzuda yazan jurnalist tarixə daha yaxşı bələd olmalıdır. Burada “on minlərlə erməninin qətli”ndən söhbət gedə bilməz. Belə hadisə tarixdə olmayıb. Çünki bütün Dağlıq Qarabağ ərazisində cəmi 150 min əhali var idi. Jurnalistin məlumatından belə çıxır ki, ərazinin əhəmiyyətli bir hissəsi “qətlə yetirililib”.
Birlik qəzet rəhbərliyindən kobud səhvin dərhal düzəldilməsini tələb edib.



Soydaşlarımız bu ölkədə aksiya keçirir
Rusiyada Dağlıq Qarabağ ayrı dövlət kimi TƏQDİM OLUNDU – FOTO
Rusiyadakı soydaşlarımız BMT və ATƏT-ə müraciət etdi
Britaniya əsirlərimizlə bağlı İrəvana çağırış etdi
Londonda Pakistan icması ilə görüş keçirildi
XİN rəsmi məlumat yaydı
Fransa jurnalından Azərbaycana qarşı təxribat
İlham Əliyev Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul edib
Özbəkistandan Azərbaycana qardaş yardımı: Prezident göstəriş verib
Erməni TƏXRİBATI: Azərbaycandan UFC prezidentinə ETİRAZ
Niderland mediasında şəhid mayor Anar Novruzovdan yazılıb
Əli Əsədov Türkiyənin Vitse-prezidentinə məktub yazdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 