Daha diqqətli və ciddi olmalıyıq.
ONN media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
Təcrübəli mütəxəssis ilk dəfə yeni formatda keçirilən turnirdə iştirak edəcəklərini bildirib:
"Əsas mərhələdə komanda sayı da artırılıb. Hər iştirakçı Avropa Liqasında minimum 8 oyun keçirəcək. Bu, heç də az deyil. Rəqiblərimiz arasında həm "böyük beşlik" təmsilçiləri, həm də tanış komandalar var. İlk dəfə qarşılaşacağımız rəqiblər də azarkeşlər üçün maraqlı olacaq. Liqa mərhələsinin startına qədər vaxtımız var. Bütün rəqibləri yaxından tanıdıqdan, tam təhlil etdikdən sonra ətraflı fikir bildirmək mümkündür. Daha diqqətli və ciddi olmalıyıq. Hər bir rəqibə qarşı yalnız bir matç keçirəcəyik. Ona görə də xüsusilə ev görüşlərinə daha diqqətli yanaşmalıyıq".
Baş məşqçi püşkün nəticəsindən razı qaldığını qeyd edib:
"Püşkatmadan razı qaldım. İndi demək olar ki, əksər rəqiblər arasında bir o qədər fərq yoxdur. İstənilən komanda hər bir rəqiblə matçda istədiyi nəticəni əldə edə bilər. Bütün rəqiblərimiz ciddi komandalardır. Qarşıdakı matçlara hazırlaşacaq, komandanı daha sağlam, daha hazır etməyə çalışacağıq. Azarkeşlərimizə yaxşı, maraqlı futbol arzulayıram. Çalışacağıq ki, onlar oyunlarımızdan zövq alsınlar. Onlarla böyük futbolda görüşəcəyik".
Qeyd edək ki, "Qarabağ" evdə "Ayaks" (Niderland), "Lion" (Fransa), "Malmö" (İsveç), FCSB (Rumıniya), səfərdə isə "Tottenhem" (İngiltərə), "Olimpiakos"(Yunanıstan), "Budyo Qlimt" (Norveç) və "Elfsborq"la (İsveç) qarşılaşacaq.



Qurbanov "Qarabağ"ın rəqiblərindən danışdı
Qurbanov püşkü dəyərləndirdi: "Ciddi rəqiblə qarşılaşacağıq"
Yeni futbolçular transfer olunacaq- Qurbanov açıqladı
Qurban Qurbanov - Vacib oyuna hazırlaşırıq
Qurban Qurbanov növbəti oyundan danışdı: Hamımız qələbə gözləyirik
Qurban Qurbanov məğlubiyyətdən danışdı
“Qələbə qazanmaq istəyirik” - Qurban Qurbanov
Qurban Qurbanov: Buna çox əsəbləşdim
Bu barədə ətraflı danışmağa ehtiyac yoxdur - Qurbanov
"Qarabağ" "Malmö"yə uduzdu
Qurban Qurbanov: “Norveçdən uğurlu nəticə ilə dönmək istəyirik”
İngilis hakimə yaraşmayan hərəkət idi - Qurbanov
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 