Baş nazir Əli Əsədov Prezidentin “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli qanununun tətbiqi barədə” 795 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” fərmanının icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb. ONN media xəbər verir ki, sərəncamla Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Qeyd olunub ki, razılaşma prosesinin iştirakçıları bu sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə müvafiq tədbirlər görməlidir. Bildirilib ki, icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” qanunun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərini yerinə yetirməlidir. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görməlidirlər. Normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər. Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb. Bu sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinə həvalə edilib.
Hakimiyyət orqanlarına tapşırıq verildi - Sərəncam



Əli Əsədovdan TAPŞIRIQ: İki ay müddətində...
Azərbaycanda "jurnalist vəsiqələri" ilə bağlı qərar verildi
Baş nazir “Beşbarmaq dağı” ilə bağlı sərəncam imzalayıb
Əli Əsədovdan karantin rejimi ilə bağlı SƏRƏNCAM
Baş Nazirdən YENİ QƏRAR
Baş Nazir Əli Əsədovdan əhali ilə bağlı MÜHÜM SƏRƏNCAM
Baş nazirdən şəhid adının əbədiləşdirilməsi ilə bağlı VACİB SƏRƏNCAM
Baş nazirdən Suqovuşanla bağlı SƏRƏNCAM
Əli Əsədovdan yeni fəxri adla bağlı SƏRƏNCAM
Əli Əsədovdan Prezidentin xüsusi nümayəndələri ilə bağlı - SƏRƏNCAM
İmtahandan keçən müəllimlərə şad xəbər – Sərəncam
Baş nazirdən övladlığagötürmə ilə bağlı VACİB QƏRAR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 