Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq ixracı ilə məşğul olan sahibkarlara müraciət edib.
Agentlikdən ONN media -ya verilən məlumata görə, müraciətdə bildirilir ki, 22 oktyabr 2019-cu il tarixli 2019/1793 saylı Avropa İttifaqının (Aİ) Komissiya Tətbiqi Qərarına əsasən Aİ qanunvericiliyində idxal prosedurları ilə bağlı bir sıra dəyişikliklər edilib. Belə ki, Aİ-yə məhsul ixrac edən sahibkarlıq subyektləri məcburi qaydada Ticarətə Nəzarət və Ekspert Sistemində (TRACES) qeydiyyata düşməlidir. Müvafiq dəyişiklik 14 dekabr 2019-cu il tarixdən qüvvəyə minib.
Digər dəyişikliyə əsasən əvvəllər Aİ-nin sərhəd keçid məntəqələrinə kağız formasında təqdim edilən Ümumi Giriş Sənədi (Common Entry Document) Ümumi Sağlamlıq Giriş Sənədi (Common Health Entry Document) ilə əvəzlənmiş və yalnız elektron qaydada TRACES sistemi vasitəsilə sərhəd-keçid məntəqələrinə təqdim olunmalıdır.
İxracatçı subyektlər TRACES sistemində https://webgate.ec.europa.eu/tracesnt elektron keçidinə daxil olmaqla qeydiyyatdan keçə bilərlər. Sistemdə qeydiyyatdan keçmiş istifadəçilər eyni zamanda şirkətlərini “qeyri-heyvan mənşəli yem və qida müəssisəsi kimi” qeydiyyatda almalıdırlar. Müvafiq sorğular TRACES sistemi vasitəsilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunacaqdır.
Müəssisələr təsdiq olunduqdan sonra ixrac zamanı sahibkarlar CHED-D sənədini elektron qaydada dolduraraq TRACES sistemi ilə Aİ-nin sərhəd-keçid məntəqələrinə təqdim etməlidir.
Qeyd olunan prosedurlara riayət edilmədiyi təqdirdə məhsullar Aİ ərazisinə qəbul edilməyəcək. Prosedurlarla bağlı əlavə məlumat üçün Qida Təhlükəsizliyi Agentliyinin Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin Sertifikatlaşdırma və idxal-ixraca nəzarət sektoruna müraciət oluna bilər.



AQTA sahibkarları cərimələməyə başlayıb
Ölkəyə qida məhsulları gətirmək üçün elektron sistem yaradılır - YENİLİK
Azərbaycan bu tarixdən BƏƏ-yə fındıq ixrac edəcək
Rusiyadan gətirilən 17 ton dəri yararsız çıxdı
AQTA sahibkarlara müraciət etdi
İrandan gətirilən bu məhsul yararsız çıxdı
AQTA-dan xəbərdarlıq: Argentinadan idxala qadağa!
Azərbaycan Avropaya fındıq ixracını artıracaq?
Bu mallar artıq idxal olunmayacaq
Azərbaycan İrana bildiriş göndərdi
Mənşəyi bilinməyən heyvan əti aşkar edildi - Gəncədə
Ölkəyə gətirilən bu məhsullar geri qaytarıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 