Sahibkarlar Azərbaycana qida məhsullarını gətirmək üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə elektron sistem vasitəsilə müraciət edəcək. ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AQTA-nın sektor müdiri Samir Rüstəmli bildirib. Onun sözlərinə görə, elektron sistem bu ilin sonuna kimi yaradılacaq: “Sistem “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı” irəli gələrək yaradılır. Bu ilin sonunadək idxal-ixrac prosedurlarının tam elektronlaşdırılması nəzərdə tutulub. Bununla da, sahibkarlar ofislərini, iş yerlərini tərk etmədən Agentliyə müraciət edə biləcəklər”. S. Rüstəmli bəzi sahibkarlara da xəbərdarlıq edib: “Ölkəyə məhsul idxal etmək üçün ticarət tərəfdaşlarını düzgün seçsinlər. Bununla da onlar etibarlı idxalçı statusuna malik olmaqla idxal etdikləri məhsulların yoxlanma tezliyinin azalmasına nail olacaqlar. Eyni zamanda, ölkə əhalisinin təhlükəsiz qida ilə təmin olunmasına töhfə verəcəklər”.
Ölkəyə qida məhsulları gətirmək üçün elektron sistem yaradılır - YENİLİK



Fındıq ixrac edən sahibkarlara xəbərdarlıq edildi
İçməli su ilə bağlı vətəndaşlara müraciət
Ölkəyə gətirilən bu məhsullar geri qaytarıldı
Qida məhsullarının təhlükəsizliyinə dair vəziyyət araşdırılacaq
AQTA-dan xəbərdarlıq: Argentinadan idxala qadağa!
Azərbaycanda yeni institut yaradılacaq
Rusiyadan gətirilən 17 ton dəri yararsız çıxdı
Ölkəyə idxal edilən pomidor toxumunda virus aşkarlandı
Quş əti idxalı qadağan olunub? - AÇIQLAMA
Bu mallar artıq idxal olunmayacaq
Bu məhsulların ölkəyə gətirilməsi mümkün olmayacaq
Çin məhsullarına qadağa qiymət artımına səbəb olacaq?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 