Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin əsas fəaliyyəti ölkə əhalisini keyfiyyətli və sağlam kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün kiçik və orta fermer təsərrüfat sahiblərinin məhsullarının satışını təşkil etmək, bununla da kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafına nail olmaq, onların sosial rifah halını yaxşılaşdırmağa yönəlib.
ONN media xəbər verir ki, qarşıya qoyulmuş məqsədə nail olmaq üçün müasir metodlardan istifadə edən və innovativ təşəbbüslərlə çıxış edən Dövlət Aqrar Ticarət Şirkəti daha bir yeniliyə imza atıb.
Dövlət Aqrar Ticarət Şirkətinin təşəbbüsü və “Kapital Bank”ın dəstəyi ilə kənd təsərrüfatı məhsulları istehsalçısı olan kiçik və orta fermer təsərrüfatı sahiblərinə yetişdirdikləri məhsulların dəyəri nağd şəkildə deyil, “Fermer kartı” vasitəsilə ödəniləcək. Kartdan vəsait çıxarılan zaman fermerlərdən hər hansı xidmət haqqı tutulmayacaq.
Kart vasitəsilə hər bir fermerə identifikasiya kodu veriləcək, alqı-satqı prosesinin qeydiyyatı aparılacaq. Bunun da nəticəsində fermerlərlə əməkdaşlıqda şəffaflıq təmin olunacaq.
Kartdan istifadə fermerlərə ödəniləcək vəsaitin dərhal onlara çatmasına imkan verəcək, eyni zamanda bölgələrdə nağdsız ödənişləri stimullaşdıracaq.
Tərəfdaş bankın bölgələrdə ATM sayının çox olması fermerlərin əlavə vaxt itkisinin qarşısını alacaq. Fermerlər həmçinin, kart dövriyyəsini göstərməklə bank və kredit təşkilatlarının digər xidmətlərindən də rahatlıqla istifadə edə biləcək.
“Fermer kartı”nın ilkin olaraq, “Kənddən Şəhərə” mağazasına təchizatçı qismində üzv olan fermer və sahibkarlara verilməsi nəzərdə tutulub. İlk kartlar Dövlət Aqrar Ticarət Şirkətinin əməkdaşlıq etdiyi Quba rayonu Zərdabi kənd sakini Tahir Cəfərov və Xaçmaz rayonu Yergüc kənd sakini Aydın Əspəndiyevə təqdim edilir.



Bakıda yarmarkalar keçirilir –Ramazan bayramı münasibəti ilə
Dövlət Aqrar Ticarət Şirkətinin “Kənddən Şəhərə" mağazası istifadəyə verildi
Dövlət Aqrar Ticarət şirkətinin və "Kənddən Şəhərə" layihəsinin təqdimatı keçirilib
Ramazan bayramı münasibəti ilə yarmarka təşkil ediləcək
Fermerlərə ŞAD XƏBƏR
"Kənddən şəhərə" yarmarkası - Nə vaxt və harada olacaq?
Nazirdən AÇIQLAMA- “Ərzaq məhsulları 50 faiz ucuzlaşacaq”
Paytaxtda “Kənddən şəhərə” yarmarkası təşkil ediləcək
Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri ləğv edilir- FƏRMAN
Şəki sakinlərinin DİQQƏTİNƏ
Qubada AEİMM direktorunun iştirakı ilə fermer və mütəxəssislər üçün təlim keçirilib
Aqrar Xidmətlər Agentliyində yeni TƏYİNAT
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 