Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda koronavirus infeksiyasının yayılması ilə əlaqədar xüsusi karantin rejiminin müddətinin uzadılması halında ölkənin ərzaq məhsulları ilə təminatında problem yaranacağı ilə bağlı yayılan iddialara cavab verib. Qurumun mövqeyini ONN media -ya nazir müavini İlhamə Qədimova açıqlayıb. Onun sözlərinə görə, qıtlıq barədə danışmaq düz deyil: "Ölkədə payızlıq buğda və arpa əkinləri koronavirus yayılmadan aparılmışdı. Həmin əkinlər üzrə məhsul yığımı yayda həyata keçiriləcək. Yazlıq əkinləri üçün əkin sahələri müəyyənləşdirilib, hazırda torpaq becərmə işləri, o cümlədən səpinqabağı işlər həyata keçirilir. Gübrə, pestisid, toxum və digər zəruri mal-materiallar öncədən tədarük edilib, aidiyyəti kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilib. Yazlıq əkinlər isə aprelin 10-dan başlayaraq may ayının birinci ongünlüyünə qədər davam edir. Hesab edirəm ki, yazlıq bitkilərin əkini və tədarükü ilə bağlı problemlər gözlənilmir. Hazırda əkin aparılacaq sahələrdə mövsumi işlər davam etdirilir. Dövlət tərəfindən bu məhsulların toplanmasında və bazara çıxarılmasında fermerlərə maksimum dərəcədə kömək edilir", - o qeyd edib.
Nazirlik yayılan iddialara CAVAB VERDİ



Ölkədə ərzaq qıtlığı yaşanacaqmı? - RƏSMİ
Baş nazir sərəncam imzaladı
Kənd Təsərrüfatı Nazirliyində pambıqçılıqla bağlı tədbir keçirilib
Aqrar Xidmətlər Agentliyindən bu fermerlərə MÜRACİƏT
Azərbaycanda taxıl biçini mövsümünə start verildi
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə xəbardarlıq etdi
Sərt karantin rejimində qıtlıq ola bilər?
Təkrar əkinin tətbiqi kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayır
Azərbaycanda yeni bitki sort və hibridlərinin sınaqları davam etdirilir
Azərbaycanda ilk dəfə “Respublika toxum sərgi-satış” yarmarkası keçirilib
Əli Əsədov qərar imzaladı
Prezidentlər Zəngilanda “Ağıllı kənd”lə tanış oldular (YENİLƏNDİ)
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 