Azərbaycan idmanına itki üz verib. Uzun illər müxtəlif idman sahələrində çalışmış Şaiq Həmidov 69 yaşında vəfat edib. Mərhum son zamanlar xərçəngdən əziyyət çəkirdi. Qeyd edək ki, Şaiq Həmidov 9 oktyabr 1951-ci ildə Mingəçevir şəhərində anadan olub. Özbəkistanda ali təhsil aldıqdan sonra doğma şəhərində əmək fəaliyyətinə başlamış və bir sıra idarə və müəssisələrdə müxtəlif işlərdə çalışmışdır. 1983-cü ildən 1995-ci ilə kimi Azərbaycan "Spartak" Könüllü İdman cəmiyyəti Mingəçevir şəhər şurasının sədri, Mingəçevir avtomobil məktəbində rəis müavini, xalq deputatları Sovetində təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1991-ci ildən 2006-cı ilə kimi Mingəçevir şəhər İcra hakimiyyəti başçısının müavini, Mingəçevir şəhər avtomobil məktəbinin rəisi, Azərbaycan Respublikası KHVTİC RS-i sədrinin müavini vəzifələrində çalışmışdır. 2006-cı ildən 2013-cü ilə kimi Azərbaycan Milli Paralimpiya Futbolu İctimai Birliyinin vitse-prezidenti və Milli Paralimpiya Komitəsinin icraçı direktoru vəzifələrində işləmişdir. 8 fevral 2013-cü ildə Milli Paralimpiya Komitəsinin IV hesabat Seçki Konqresində Milli Paralimpiya Komitəsinin vitse-prezidenti vəzifəsinə seçilmişdir. 2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olmuşdur. Son illər həmçinin, Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti idi və uzun illər Premyer Liqa oyunlarına AFFA nümayəndəsi kimi təyinat alırdı.
Azərbaycanda federasiya prezidenti öldü - BU SƏBƏBDƏN



Prezident bu nazirə daha bir vəzifə verdi
Rüşvət alarkən tutulan icra başçısı kimdir? - DOSYE
Fəttah Heydərov vəfat etdi
Abbas Abbasov da saxlanıldı
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini o icra edəcək
Mingəçevir sakinlərinin DİQQƏTİNƏ
Kürdəmirin həbs edilən icra başçısı kimdir? — DOSYE
Yeni nazir müavinləri kimlərdir? - DOSYE
Prezidentin başçı təyin etdiyi gənc kimdir? - Dosye
Prezidentin vəzifədən uzaqlaşdırdığı icra başçısı kimdir?- Dosye
İlham Əliyevin Masallıya icra başçısı təyin etdiyi Şahin Məmmədov kimdir? – DOSYE
İlham Əliyev bu şura ilə bağlı sərəncam imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 