Mərkəzi Bankdan ONN media-ya bildirilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə proritet istiqamət kimi müəyyənləşdirilmiş “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin icra tədbirlərini davam etdirir.
Əhalinin maarifləndirilməsinə, onların maliyyə savadlılığının artırılmasına və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının effektiv müdafiəsi mexanizmlərinin formalaşdırılmasına yönəlmiş bu tədbirlər zamanı müasir intellektual vasitələrdən də istifadə olunur.
Mərkəzi Bankın əhali arasında apardığı maarifləndirmə işlərinin əhatəsini daha da genişləndirmək üçün istifadəyə verdiyi “Maliyyə savadlılığı” portalında (www.bizimpullar.az) yeni “Təmassız ödəniş kartları” haqqında öyrədici animasiya yerləşdirmişdir. Animasiyanın hazırlanmasında əsas məqsəd təmassız ödəniş kartların üstünlükləri və yaratdığı imkanlar, bu kartlardan təhlükəsiz istifadə qaydaları barədə əhalini məlumatlandırmaq və onların bu sahədə savadlılığını artırmaqdır. Animasiyaya keçid linki: https://bizimpullar.az/popup/media/110?cat=Blocks&file=0
Mərkəzi Bank istehlakçıların maliyyə savadlılığının artırılması və onların hüquqlarının müdafiəsinin gücləndirilməsini dəstəkləyən müxtəlif maarifləndirmə və təbliğat-təşviqat tədbirləri keçirməklə yanaşı, bu məqsədlə yaratdığı “Maliyyə savadlılığı” portalının məzmunu da mütəmadi zənginləşdirilir. Bu portal vasitəsilə iqtisadiyyat və maliyyə sahəsində informativ materiallarla, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalarla, virtual muzey və məktəblilər üçün rubrikalarla tanış olmaq, eləcə də iqtisadi məzmunlu oyunlardan və kalkulyatorlardan istifadə etmək mümkündür.



Mərkəzi Bank tərəfindən “Elektron bankçılıq” haqqında animasiya hazırlanmışdır
Mərkəzi Bankın yeni uğuru
Mərkəzi Bank "Novruz xonçası" adlı maarifləndirici tədbir keçiri
Maliyyə savadlılığı portalında “Şəxsi pul vəsaitlərinin idarə olunması” animasiyası yerləşdirildi
Mərkəzi Bankda müəllimlər üçün təlim keçirilib
Mərkəzi Bank məktəbəqədər və ümumtəhsil müəssisələrində “Maliyyə savadlılığı” seminarları keçirdi
Maliyyə savadlılığı portalında “Siyasət faiz dərəcəsi” animasiyası yerləşdirilmişdir
Mərkəzi Bank “Maliyyə savadlılığı ayı”na Gəncədə start verdi
Mərkəzi Bankda tələbə-gənclər üçün təlimlər keçirildi
Bakı-Sumqayıt qatarında YENİLİK: Artıq bank kartları ilə də...
Mərkəzi Bank və Beynəlxalq Maliyyə Korporasiyasının elan etdiyi müsabiqəsinin vaxtı uzadıldı
Mərkəzi Bank vətəndaşlara müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 