Azərbaycan Respublikası Mərkəzi Bankı “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin icrası ilə əlaqədar cari ilin birinci yarısında əsas hədəf qruplardan olan tələbə-gənclər üçün bir sıra maarifləndirmə tədbirləri təşkil etmişdir.
ONN media xəbər verir ki, bu müddət ərzində Mərkəzi Bankda Azərbaydan Dövlət İqtisad Universiteti və Bakı Mühəndislik Universitetinin bank işi və maliyyə üzrə bakalavr və magistr pilləsində təhsil alan bir qrup tələbəsinə maarifləndirici seminarlar keçirilmişdir.
Eyni zamanda, ali təhsil müəssisələrinin tələbələri üçün iki mərhələdən ibarət “Maliyyə savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlimlər də təşkil olunmuşdur. Bu təlimlərdə iştirakçılara istehlakçı büdcəsinin idarə olunması, nağdsız ödənişlər, əmanətlərin sığortalanması, sığorta fəaliyyətinin əsasları, kredit işinin təşkili və bank əməliyyatları mövzuları Mərkəzi Bankın əməkdaşları, Əmanətlərin Sığortalanması Fondunun, bank və sığorta təşkilatlarının nümayəndələri tərəfindən tədris edilmişdir.
Əlavə olaraq, Mərkəzi Bank Maliyyə Elm-Tədris Mərkəzi ilə birgə “Gənclər üçün Maliyyə Savadlılığı” adlı təlimlər təşkil etmişdir. Bu təlimlər zamanı tələbə və gənclərə Maliyyə savadlılığı portalı (www.bizimpullar.az), virtual təhsil platforması (edu.cbar.az) haqqında ətraflı məlumat verilmiş, pul nişanlarının təhlükəsizlik elementləri və saxtakarlığına qarşı mübarizə, ailə mühasibatlığı, sığorta və qiymətli kağızlar mövzuları izah olunmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Həmçinin, təlimlərə qoşulmuş Azərbaycan Kredit Bürosunun nümayəndələri təlim iştirakçılarına Büronun fəaliyyətinə dair təqdimat keçirmişdir.
Mərkəzi Bank “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində tələbə-gənclər üçün bu səpkili təlim və seminarları, o cümlədən əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirləri bundan sonra da davam etdirəcəkdir.



Mərkəzi Bank “Maliyyə savadlılığı ayı”na Gəncədə start verdi
Mərkəzi Bank məktəbəqədər və ümumtəhsil müəssisələrində “Maliyyə savadlılığı” seminarları keçirdi
Mərkəzi Bank "Novruz xonçası" adlı maarifləndirici tədbir keçiri
Mərkəzi Bankda müəllimlər üçün təlim keçirilib
Mərkəzi Bankda Qlobal Pul Həftəsi münasibətilə tədbirlər keçirilmişdir
Maliyyə savadlılığı portalında “Şəxsi pul vəsaitlərinin idarə olunması” animasiyası yerləşdirildi
Mərkəzi Bankın yeni uğuru
Mərkəzi Bank tərəfindən “Elektron bankçılıq” haqqında animasiya hazırlanmışdır
Mərkəzi Bankda media nümayəndələri üçün təlimlər keçirilmişdi
Mərkəzi Bank tərəfindən “Təmassız ödəniş kartları” haqqında animasiya hazırlanmışdır
Maliyyə savadlılığı portalında “Siyasət faiz dərəcəsi” animasiyası yerləşdirilmişdir
“Muğan Bank”ın lisenziyası ləğv edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 