ONN media xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin icrası ilə əlaqədar “Beynəlxalq Əmanət Günü” və “Maliyyə savadlılığı ayı” çərçivəsində Gəncə şəhərində tələbə-gənclər və təqaüdçülər üçün seminarlar keçirmişdir.
Cari ilin 31 oktyabr - 02 noyabr tarixlərində Mərkəzi Bankın Gəncə Regional Mərkəzində təşkil olunmuş bu seminarlarda “Üçüncü bahar” sosial layihə iştirakçıları olan təqaüdçülərə, ASAN könüllülərinə və Azərbaycan Texnologiya Universitetinin tələbələrinə Maliyyə savadlılığı portalı (bizimpullar.az) və Virtual təhsil platforması (edu.e-cbar.az), bank əməliyyatları, kredit, pulun təhlükəsizlik elementləri, nağdsız ödənişlər mövzuları tədris olunmuşdur. İştirakçılara mövzulara dair animasiyalar nümayiş etdirilmiş, müzakirələr aparılmış və onları maraqlandıran suallar cavablandırılmışdır.
Bu təlimlərlə yanaşı, “Gəncə Mall” ticarət mərkəzində və Gəncə “ASAN xidmət” mərkəzində təbliğat-təşviqat tədbirləri keçirilmiş, əhaliyə Maliyyə savadlılığı portalı (bizimpullar.az) və Virtual təhsil platforması (edu.e-cbar.az) haqqında məlumatlar verilmiş, müxtəlif maarifləndirici bukletlər paylanılmışdır.
Mərkəzi Bankın təşəbbüsü ilə tələbə-gənclər üçün bu səpkili seminarların, eləcə də əhalinin maliyyə bilikləri və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.



Mərkəzi Bankda tələbə-gənclər üçün təlimlər keçirildi
Mərkəzi Bank məktəbəqədər və ümumtəhsil müəssisələrində “Maliyyə savadlılığı” seminarları keçirdi
Mərkəzi Bank "Novruz xonçası" adlı maarifləndirici tədbir keçiri
Mərkəzi Bankın yeni uğuru
Mərkəzi Bank tərəfindən “Elektron bankçılıq” haqqında animasiya hazırlanmışdır
Maliyyə savadlılığı portalında “Siyasət faiz dərəcəsi” animasiyası yerləşdirilmişdir
Maliyyə savadlılığı portalında “Şəxsi pul vəsaitlərinin idarə olunması” animasiyası yerləşdirildi
Mərkəzi Bank tərəfindən “Təmassız ödəniş kartları” haqqında animasiya hazırlanmışdır
Mərkəzi Bankda müəllimlər üçün təlim keçirilib
Mərkəzi Bank və Beynəlxalq Maliyyə Korporasiyasının elan etdiyi müsabiqəsinin vaxtı uzadıldı
Mərkəzi Bankda Qlobal Pul Həftəsi münasibətilə tədbirlər keçirilmişdir
Azərbaycan bankları Qarabağda xidmət göstərməyə hazırlaşır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 