13 mart 2018-ci il, Bakı: Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” sərlövhəli 5-ci strateji hədəfinin icrası çərçivəsində Mərkəzi Bank ölkədə maliyyə savadlılığı səviyyəsinin artırılması məqsədilə bir sıra tədbirlər həyata keçirir. Bunlardan biri də Novruz Bayramı ərəfəsində artıq ikinci ildir ki, təşkil edilən “Novruz xonçası” tədbiridir. Maarifləndirici təbliğat xarakteri daşıyan tədbir 12 mart 2018-ci il tarixindən etibarən 2 saylı Bakı “ASAN Kommunal” mərkəzində (Bakı Dəmir Yolu Vağzalının 2-ci mərtəbəsi) keçirilir.
Tədbir ərzində maliyyə savadlılığının əhali arasında ictimai dəyər kimi tanınması təmin olunur, müvafiq maarifləndirici bukletlər paylanılır, eyni zamanda, ödəniş kartları və nağdsız ödənişlərin əhəmiyyəti haqqında əhaliyə ətraflı məlumatlar verilir. Mərkəzi Bankın “Maliyyə savadlılığı” köşkündə nümayiş etdirilən elektron resurslar, bank məhsul və xidmətləri haqqında maarifləndirici animasiyalar əhali arasında xüsusi maraq doğurur. Tədbirə qatılanlara Mərkəzi Bankın məlumatlandırıcı promo materialları, həmçinin bayram şirniyyatları paylanılır.
Xatırladırıq ki, “Novruz xonçası” tədbiri 16 mart 2018-ci il tarixinədək davam edəcəkdir. Mərkəzi Bank “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə əlaqədar cari təşəbbüslərini genişləndirərək, əsas hədəf qruplarına istiqamətlənmiş tədbirləri bundan sonra da həyata keçirəcəkdir



Mərkəzi Bank tərəfindən “Təmassız ödəniş kartları” haqqında animasiya hazırlanmışdır
Mərkəzi Bank “Maliyyə savadlılığı ayı”na Gəncədə start verdi
Mərkəzi Bankda tələbə-gənclər üçün təlimlər keçirildi
Mərkəzi Bank tərəfindən “Elektron bankçılıq” haqqında animasiya hazırlanmışdır
Mərkəzi Bankda müəllimlər üçün təlim keçirilib
Mərkəzi Bank məktəbəqədər və ümumtəhsil müəssisələrində “Maliyyə savadlılığı” seminarları keçirdi
Maliyyə savadlılığı portalında “Şəxsi pul vəsaitlərinin idarə olunması” animasiyası yerləşdirildi
Mərkəzi Bankın yeni uğuru
Maliyyə savadlılığı portalında “Siyasət faiz dərəcəsi” animasiyası yerləşdirilmişdir
Mərkəzi Bank Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödənişlərin istifadəsinin genişləndirilməsi istiqamətində tədbirlərə start vermişdir
Mərkəzi Bankda Qlobal Pul Həftəsi münasibətilə tədbirlər keçirilmişdir
Mərkəzi Bank keçirtdiyi müsabiqənin qaliblərini mükafatlandırdı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 