12 iyun 2018-ci il, Bakı: Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə proritet istiqamət kimi müəyyənləşdirilmiş “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin icrası ilə bağlı tədbirlər Mərkəzi Bankda davam etdirilir. Bu tədbirlər çərçivəsində Mərkəzi Bankda ölkənin ümumtəhsil məktəblərinin müəllimlərinə maliyyə savadlılığının kurikuluma inteqrasiya edilmiş elementlərinə dair peşəkar təlimlər keçirilmişdir.
Mərkəzi Bankdan ONN media -ya verilən məlumata görə, 2017/2018-ci tədris ilinin ikinci yarısında Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birlikdə “Həyat Bilgisi” fənnini tədris edən 110 nəfər müəllimə təlimlər keçirilmişdir. Təlimlər zamanı müəllimlərin iqtisadi savadlılığının artırılması və tədris prosesində bu biliklərdən effektiv istifadə məqsədilə müxtəlif mövzular tədris olunmuşdur. Sözügedən təlimlərə maraq göstərmiş müəllimlərin iqtisadi mövzulara aid sualları mütəxəssislər tərəfindən cavablandırılmışdır.
Təlimlərin yekununda tərəfdaş qurumların iştirakı ilə müəllimlərə sertifikatlar təqdim edilmiş və iştirakçıların təlim haqqındakı rəyləri öyrənilmişdir.
Ümumtəhsil məktəblərinin müəllim və şagird heyətinin iqtisadi maarifləndirilməsi üçün Mərkəzi Bank gələcəkdə də müxtəlif tədbirlər keçirməyi nəzərdə tutur



Mərkəzi Bankda tələbə-gənclər üçün təlimlər keçirildi
Mərkəzi Bank məktəbəqədər və ümumtəhsil müəssisələrində “Maliyyə savadlılığı” seminarları keçirdi
Mərkəzi Bank tərəfindən “Təmassız ödəniş kartları” haqqında animasiya hazırlanmışdır
Mərkəzi Bank "Novruz xonçası" adlı maarifləndirici tədbir keçiri
Mərkəzi Bank tərəfindən “Elektron bankçılıq” haqqında animasiya hazırlanmışdır
Mərkəzi Bankda “Blockchain” əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması ilə bağlı tədbir keçirilib
Mərkəzi Bank “Maliyyə savadlılığı ayı”na Gəncədə start verdi
Mərkəzi Bankda media nümayəndələri üçün təlimlər keçirilmişdi
Maliyyə savadlılığı portalında “Siyasət faiz dərəcəsi” animasiyası yerləşdirilmişdir
Mərkəzi Bankın yeni uğuru
Maliyyə savadlılığı portalında “Şəxsi pul vəsaitlərinin idarə olunması” animasiyası yerləşdirildi
Bu gün məktəblərdə "Son zəng" çalınır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 