Bu ilin aprel ayında Azərbaycana gələn əcnəbilərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 8.9% və ya 19.4 min nəfər artaraq 238 minə çatıb. Dövlət Turizm Agentliyindən ONN media -ya verilən məlumata görə, ən böyük artım 22% olmaqla (10.2 min) Gürcüstandan gələn ziyarətçilərin arasında müşahidə olunub. BƏƏ (16.2%), Səudiyyə Ərəbistanı (101.3%) və İsraildən (70.1%) gələn qonaqların sayı artıb. Ümumilikdə apreldə Yaxın Şərq regionundan 30 min xarici vətəndaş gəlib, bununla da 12% artım baş verib. Cənubi Asiyadan Hindistan, Mərkəzi Asiyadan isə Türkmənistan müvafiq olaraq 95% və 144% artımla diqqət çəkir. Ümumilikdə Cənubi (35.4%) və Mərkəzi Asiyadan (44.2%) gələn səyahətçilərin sayı yüksək sürətlə artmaqdadır. Türkiyədən gələn turistlərin sayında 10% artım müşahidə olunub - apreldə bu ölkədən gələnlərin sayı 25.2 min nəfər təşkil edib. 2019-cu ilin ilk dörd ayının nəticələrinə görə, də Azərbaycanı ziyarət etmiş əcnəbilərin sayında artım mövcuddur. Belə ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə xarici qonaqların sayı 2 min nəfər artıb və hesabat dövrü ərzində ölkəni ümumilikdə 848 min xarici vətəndaş ziyarət edib.
Apreldə Azərbaycana gələn əcnəbilərin sayı 9 faiz artıb



Azərbaycana Yaxın Şərq və İrandan gələnlərin sayı azalıb
Azərbaycana Səudiyyə Ərəbistanından gələnlərin sayı rekord vurdu
Ötən ay Azərbaycana ən çox bu ölkələrdən qonaq gəlib
Azərbaycana ən çox bu ölkələrdən turist gəlir
Ölkəmizə gələn turistlərin sayı 6 faiz artdı
Azərbaycan 3 milyonuncu qonağını gözləyir
Ölkəmizə gələn turistlərin sayı artıb
Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb
Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı
Xaricə gedən azərbaycanlılar ən çox haranı seçirlər?
Bu il Azərbaycana nə qədər turist gəlib?
Azərbaycana gələn əcnəbilərin sayı artıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 