Bu ilin yanvar ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 185 min nəfəri keçib.
Bu məlumatı ONN media Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verib. Qeyd olunub ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artım deməkdir.
Azərbaycana gələn xarici vətəndaşlarının sayına görə üstünlük təşkil edən ölkələr qonşu ölkələr olan Rusiya Federasiyası (59 990 nəfər), Gürcüstan (45 679 nəfər), Türkiyə (24 276 nəfər) və İran İslam Respublikası (13 437 nəfər), həmçinin Birləşmiş Ərəb Əmirlikləri (8 265 nəfər) olub. 5 ölkədən gələn əcnəbilərin sayı yanvarda ölkəmizə gələn xarici ziyarətçilərin 82%-ni təşkil edib.
Keçən ilin yanvar ayı ilə müqayisədə say etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr Türkiyə (5 379 nəfər), Gürcüstan (4 480 nəfər), Rusiya Federasiyası (3 774 nəfər) və BƏƏ (2 869 nəfər) olub. Bu ölkələrdən gələnlərin sayındakı artım cəmi 16 502 nəfər təşkil edib ki, bu da ümumi artımın 61%-dir.
Keçən ilin yanvar ayı ilə müqayisədə faiz etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr isə Küveyt (540%), Pakistan (316%), Hindistan (234%) və Qətər (167%) olub.
Ölkə ərazisini ziyarət edən xarici vətəndaşların 130 118 nəfəri (69.9%) kişi, 55 795 nəfəri (30.1%) isə qadınlar olub.



Ötən ay Azərbaycana 185 mindən çox turist gəlib
Apreldə Azərbaycana gələn əcnəbilərin sayı 9 faiz artıb
Ölkəmizə Çin və Yaponiyadan da turist axını artıb
Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı
Bu il ölkəyə nə qədər turist gəlib? – Nazirlik açıqladı
Ölkəmizə gələn turistlərin sayı nə qədər artıb?
Bu il Azərbaycana 2,2 milyon əcnəbi gəlib
Ötən ay Azərbaycana ən çox bu ölkələrdən qonaq gəlib
4 ayda Azərbaycana 847 midən çox turist gəlib
Xaricə gedən azərbaycanlılar ən çox haranı seçirlər?
Azərbaycana turist axını 16% artıb
Azərbaycana Yaxın Şərq və İrandan gələnlərin sayı azalıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 