2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı təxminən 2 milyon 679 min nəfər olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz çoxdur. Bu barədə Dövlət Turizm Agentliyinin rəsmisi Kənan Quluzadə məlumat verib. Bildirib ki, bu il ən çox artım oktyabrda qeydə alınıb. Belə ki, ötən ilin oktyabrı ilə müqayisədə bu ilin eyni ayında ölkəyə gələn turistlərin sayı 25 faiz çox olub. Azərbaycana daha çox turist Rusiya, Gürcüstan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı və MDB ölkələrindən Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistandan gəlib. Bu il Avropa ölkələrindən gələn turistlərin sayında da artım qeydə alınıb. Artım olan ölkələr sırasında Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransa var. Yaxın Şərq ölkələrinin bəzilərindən azalma qeydə alınıb. Lakin buna baxmayaraq, Səudiyyə Ərəbistanı və İraqdan gələn turistlərin sayı artıb. Dövlət Turizm Agentliyindən bildirirlər ki, hətta sözügedən ölkələr ilk iyirmiliyə daxil olub Kənan Quluzadənin sözlərinə görə, artıq payız-qış turizm mövsümünə start verilib. Yay mövsümündə olduğu kimi yeni mövsümdə də artım tendensiyası gözlənilir. Kənan Quluzadə Azərbaycana gələn turistlərin ənənəvi olaraq Bakı-Abşeron və dörd dəhliz üzrə, yəni Bakı-Şimal, Bakı-Balakən, Bakı-Gəncə və Bakı-Cənub istiqamətlərində öz səyahətlərini quracaqlarını düşünür. Yeni turizm mövsümündə bəzi yeniliklər də gözlənilir. O əlavə edib ki, Azərbaycan tezliklə sərhəddə 3 milyonuncu qonağını qarşılayacaq. (azərtac)
Azərbaycan 3 milyonuncu qonağını gözləyir



Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb
Ötən ay Azərbaycana ən çox bu ölkələrdən qonaq gəlib
Apreldə Azərbaycana gələn əcnəbilərin sayı 9 faiz artıb
Bu il Azərbaycana nə qədər turist gəlib?
Azərbaycana Səudiyyə Ərəbistanından gələnlərin sayı rekord vurdu
Avropadan Azərbaycana gələn turistlərin sayı artıb: Səbəb nədir?
Ərəblər Azərbaycandan "küsüb"- SƏBƏB?
Xaricə gedən azərbaycanlılar ən çox haranı seçirlər?
Azərbaycana Yaxın Şərq və İrandan gələnlərin sayı azalıb
Ölkəmizə Çin və Yaponiyadan da turist axını artıb
Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı
Bu il Azərbaycana 2,2 milyon əcnəbi gəlib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 