2017-ci ildə iqtisadiyyatda yaranmış geriləmənin aradan qaldırılması istiqamətində görülən işlər 2018-ci ildə də davam etdiriləcək.
ONN media xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov AZTV-də efirə gedən "Günün nəbzi" verilişində bildirib.
"Qəbul edilmiş dövlət büdcəsi bunun üçün münbit şərait yaradır. İlk növbədə ona görə ki, artıq İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış makroiqtisadi proqnoza görə, ölkə iqtisadiyyatının növbəti ildə 1,5 faiz artacağı gözlənilir. Artımın əksər hissəsi qeyri-neft sektorunun payına düşəcək. Bu vacib bir göstəricidir. Çünki cari ildə də qeyri-neft sektoru 22,4 faiz artıb, lakin neft sektorunda bizdə bir qədər geriləmə var", - deyə nazir bildirib.
Onun sözlərinə görə, ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə yaxınlaşmaq üzrədir və bu proses davam edəcək:
"Prinsip etibarı ilə neft sektorunda azalma mövcuddur. Bu təbii haldır. Çünki bəzi neft yataqlarımızın istismar müddəti başa çatmaqdadır. Və şübhəsiz ki, orada olan neft ehtiyatları bir qədər tükənir. Bu sektorda müəyyən geriləmə qaçılmazdır.
Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, OPEC ölkələri neftin qiymətinin ədalətli səviyyələrdə sabitləşdirilməsi üçün bir sıra təbirlər görüb. Hətta söhbət artıq OPEC+-dan gedir. Təşkilata üzv olmayan ölkələr də buna qoşulub. Azərbaycan da bu proseslərə qoşularaq neft hasilatını bir qədər azaltmağa qərar verib. Bu da öz təsirini göstərir. Nəticə etibarı ilə, qeyri-neft sektorunun artması və neft sektorunun azalması gözlənilir".
S.Şərifov bildirib ki, dövlət başçısı da hökuməti istiqamətləndirir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına nail olunsun.
"Çünki biz neftdən asılı qala bilmərik. Biz həm neftlə bağlı qiymət şoklarının şahidi olmuşuq. Şübhəsiz ki, bu ölkə iqtisadiyyatları üçün çox böyük problemlər yaradır. Yəni burada təkcə Azərbaycandan söhbət getmir. Bütün neft hasil edən ölkələr bu şoklarla üzləşiblər və bu onların iqtisadiyyatında mənfi nəticələrə gətirib çıxarıb. Ona görə də, əsas strateji yol ondan ibarətdir ki, biz neft üzərində qurulmuş iqtisadiyyatdan, qeyri-neft sahəsi üzərində qurulmuş iqtisadiyyata keçidi təmin edək və bunu mümkün qədər qısa müddətə edək".



Azərbaycanda bu şəxslərin maaşı artırılıb - SİYAHI
Baş nazirin müavini: “2020-ci ildə Azərbaycanda bir yoxsul belə qalmayacaq”
Azərbaycanda gələn il bu vergi azaldılacaq
SOCAR-ın yeni zavodu ixracı nə qədər artıracaq?
Büdcə xərcləri 3,3 milyard artırıldı – Baş nazir
Prezidentdən nazirə: Belə davam edərsə... - Video
Azərbaycanın qeyri-neft ixracı 42 faiz artdı
Nazir: "21 min yeni iş yeri açılacaq"
Azərbaycan qaz hasilatını artırır
Oqtay Əsədov: "2018-ci ilin dövlət büdcəsi sosialyönümlüdür"
Azərbaycanda bu işçilər 3500 manatdan çox maaş alır
Rusiya açıqladı: neft erasının SONU BAŞLADI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 