ONN media xəbər verir ki, son günlər Ermənistan parlamentində İranın əleyhinə səslənən bəyanat və Tehran rəsmilərinin Bakıya səfərləri zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bakının ədalətli mövqeyini dəstəkləməsi İrəvanda Tehranla münasibətlərin perspektivinə dair narahatlığa səbəb olub. Ermənistanın yeni parlamentində deputat Ayk Koncoryanın İranı "avtoritar dövlət" adlandırmasına rəsmi Tehranın reaksiyası geciksə də, siyasi icmalçılar bu cür düşünülməmiş çıxışların Ermənistan və İran arasında ciddi gərginliyə səbəb olacağını bildirirlər. Siyasi icmalçı Artyom Tonoyan bu məsələ ilə əlaqədar qeyd edib ki, Rusiya ilə münasibətlərin də "qənaətbəxş olmadığı bir vaxtda" deputatların İranla bağlı bu cür bəyanatları ikitərəfli əlaqələrdə ciddi problemlər yarada bilər. İranın "Pars Today" agentliyi isə qeyd edib ki, sözügedən bəyanatın müəllifi olan erməni deputat parlament rəhbərliyi və ekspertlərin təzyiqindən sonra İrandan üzr istəməli olub. Rəsmi Tehranın bu cür bəyanatlara münasibətdə təmkinli davrandığını diqqətə çatdıran ekspertlər hesab edirlər ki, Ermənistan parlamentində heç bir təcrübəyə malik olmayan yeni deputatlar dövlətlərarası münasibətlərə dair təhlükəli çıxışlara son qoymalıdırlar. Ekspertlər İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqirinin Bakıya səfəri zamanı Tehranın Qarabağ torpaqlarını Azərbaycan əraziləri hesab etməsi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, həmçinin sərhədlərin zor gücü ilə dəyişdirilməsinin qəbuledilməzliyi haqqında fikirlərinin İrəvanda böyük təlaşa səbəb olduğunu da bildirirlər. (Azərtac)
Bakı bəyanatı İrəvanda təlaş yaratdı



Ermənistan QORXU İÇİNDƏ - Tonoyan Zakir Həsənovu İrəvanda qarşılayacaq - VİDEO
İrandan Ermənistana daha bir XƏBƏRDARLIQ
Ermənistan parlamenti 10 noyabr bəyanatını müzakirədən İMTİNA ETDİ
İran parlamentindən Ermənistana tələb: Araz çayını zəhərləməyin!
Yerevanda Dağlıq Qarabağ münaqişəsi müzakirə edildi
Bakı düşünür ki, münaqişə bitib - Paşinyan
Putinlə Ruhani arasında Qarabağ müzakirəsi
İrəvanın qorxusu nədir?- Əgər İran biz tərəfdən müdaxilə etsə...
Ermənistan-İran sərhəddi bağlana bilər
Ermənistan parlamentində BİABIRÇILIQ: “Dayı” sözünün üstündə kütləvi dava düşdü
İrandan Qarabağ açıqlaması
İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat - Ermənilər sevindi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 