Bu gün Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Salyan rayonu, Bəndovan qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. ONN media ANAMA-ya istinadən xəbər verir ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən birlikdə qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 140 mm raket (M-14)aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Raketin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. Ümumilikdə agentlik tərəfindən 1-22 yanvar tarixlərində 17 siqnal (əməliyyat çağırışı) əsasında 12 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Ağstafa, Goranboy, Göygöl, Qazax, Salyan, Şəmkir, Tovuz rayonları, Şəki və Lənkəran şəhərləri ərazisində 2 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə, yol kənarına, dəniz sahilinə baxış keçirilib, 10 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd tank əleyhinə mina zərərsizləşdirilib, 6,790 kv.m ərazi yerüstü yoxlanılıb. Qeyd edək ki, Qazax rayonunda da partlamamış 2 ədəd raket aşkar olunub.
Salyanda raket aşkar edildi



Lənkəran şəhərində təhlükəli tapıntı aşkar edildi - FOTO
Sumqayıtda təhlükəli tapıntı aşkar edildi
Xətai rayonunda təhlükəli tapıntı aşkar edildi
Goranboyda mina tapılıb
Abşeronda aviabomba tapılıb
Mingəçevirdə top mərmisi aşkarlandı
9 ədəd təlim məqsədli tank əleyhinə mina tapıldı
Xətaidə əl qumbarası aşkar edildi
Nardarandakı qəbirstanlıqdan tapılanlar ŞOKA YARATDI
Dondar Quşçu kəndində partlamamış top mərmisi aşkar edildi
Füzulidə raket hissələri tapıldı
Xətaidə əl qumbarası tapılıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 