Azərbaycanda vəkil olmaq istəyən şəxslər yazılı test imtahanında müvəffəqiyyət qazanmadıqda həmin şəxslərə yenidən ixtisas imtahanında iştirak etmək imkanı veriləcək.
ONN media xəbər verir ki, bununla bağlı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik təklif edilir.
Qanunun 13-cü (Vəkillərin İxtisas Komissiyası) maddəsinin VIII hissəsinə əsasən, ixtisas imtahanını verə bilməyən şəxs bir ildən tez olmamaqla İxtisas Komissiyasının rəyi əsasında təkrar imtahana buraxıla bilər.
Dəyişiklik isə belədir: “İxtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra 1 il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz”.
Layihədə qeyd olunub ki, vəkil olmaq istəyən şəxslər yazılı test mərhələsi və şifahi müsahibədən ibarət ixtisas imtahanlarından müvəffəqiyyətlə keçməlidir. Yazılı test imtahanında müvəffəqiyyət qazanmayan şəxsə yenidən ixtisas imtahanında iştirak etmək imkanı verilir.
İxtisas imtahanının ildə 1 dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutulur.
Digər dəyişiklik isə qanunun 24-cü maddəsində edilir.
Maddəyə edilən əlavəyə əsasən, vəkillik fəaliyyətinin dayandırıldığı dövrdə üzvlük haqqı ödənilmir.
Dəyişiklik layihəsi Milli Məclisin fevralın 12-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.



Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ!
Orta ixtisas məktəbləri ilə bağlı qanuna dəyişiklik edildi — RƏSMİ
Sistem aktiv edildi: Bu şəxslər müsahibəyə buraxılmayacaq
DİQQƏT: Cavablar açıqlandı
Bu abituriyentlər imtahan verməyəcəklər- DİQQƏT
Vəkil olmaq istəyənlərin DİQQƏTİNƏ
Bu şəxslərin DİQQƏTİNƏ - Qeydiyyat başa çatır
Kolleclərə qəbul olmaq istəyənlər üçün vacib xəbər
Rus bölməsinin abituriyentləri üçün MÜHÜM QƏRAR
SON DƏQİQƏ: Qəbul imtahanlarının VAXTI AÇIQLANDI
İxtisas seçiminin vaxtı UZADILDI
DİQQƏT - Qeydiyyat başlayır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 