Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyevanın ONN media-ya verdiyi məlumata görə 27-ci Ümumdünya Qaz Konfransı çərçivəsində BP-nin Vaşinqtondakı mənzil qərargahında Cənub Qaz Dəhlizinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ABŞ Administrasiyasının üzvləri, çox sayda konqresmen və senator, diplomatik korpusun nümayəndələri, aparıcı beyin mərkəzləri, biznes dairələrinin təmsilçiləri iştirak edib. Tədbiri açan BP-nin baş direktoru Bob Dadli layihə üzrə görülmüş işlərdən və Cənub Qaz Dəhlizinin rolundan danışıb. O, deyib ki, Azərbaycan Prezidentinin güclü səyi və uzaqgörən siyasəti nəticəsində Cənub Qaz Dəhlizi layihəsini həyata keçirmək mümkün olub.
Sonra Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış edib. Nazir çıxışında Cənub Qaz Dəhlizinin icrasında bu il əhəmiyyətli hadisələrin baş verdiyini və layihənin artıq reallıq olduğunu deyib. Layihə üzrə qısa zamanda irəliləyişlərə nail olunmasında tərəfdaşlıq, əməkdaşlıq münasibətlərinin rolu qeyd olunub: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, biz bu layihəni bütün dostlarımızla, tərəfdaş ölkələrlə və beynəlxalq təşkilatlarla birlikdə icra edirik,” deyə nazir əlavə edib. Nazir ABŞ Administrasiyasına Cənub Qaz Dəhlizi layihəsinə davamlı dəstəyinə görə Azərbaycan hökuməti adından təşəkkürünü çatdırıb. Pərviz Şahbazov layihənin vaxtında reallaşmasında BP-nin rolunu da xüsusi qiymətləndirib.
ABŞ Dövlət Katibinin köməkçisi, Enerji Resursları Bürosunun rəhbəri Frank Fannon isə çıxışında Prezident Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış məktubundakı fikirləri xatırladaraq bildirib ki, Cənub Qaz Dəhlizi strateji əhəmiyyətə və transformasiya effektinə malik olan layihədir. ABŞ hökuməti Avropanın enerji təhlükəsizliyini təmin edən və Xəzər regionunun Avropa və dünya enerji bazarlarına daha yaxından inteqrasiyasına xidmət edən Cənub Qaz Dəhlizini tam dəstəkləyir. Onun sözlərinə görə, ABŞ ilk vaxtlardan Cənub Qaz Dəhlizinə dəstək verir. Frank Fannon deyib ki, ABŞ və Azərbaycanın birgə səyi nəticəsində bu layihə reallaşır və Azərbaycanın bu prosesdə rolu əvəzsizdir. ABŞ rəsmisi sonda Azərbaycanla yanaşı layihəyə cəlb olunmuş bütün ölkələrə təşəkkürünü bildirib.



Nazir Münhen Təhlükəsizlik Konfransında çıxış edib
"Cənub Qaz Dəhlizi”nin icrasının yekun mərhələdədir- Nazir
Energetika naziri ABŞ nümayəndə heyət ilə görüşüb
Energetika naziri Pərviz Şahbazov ABŞ-da səfərdədir
İlham Əliyev Nazirlərin beşinci toplantısında iştirak edir
Aİ Azərbaycandan qaz tədarükündə maraqlı ola bilər - Avropa Komissiyası
Bakı və Brüssel arasında razılıq əldə olundu
Energetika naziri Bolqarıstanın Azərbaycanda yeni təyin olunmuş səfəri ilə görüşüb
Azərbaycanın energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib
Energetika Nazirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Missiya direktoru ilə görüş keçirilib
Bu il Azərbaycan qazı Türkiyəyə çatdırılacaq - Nazir
Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq 