Azərbaycanın Uruqvaydakı müvəqqəti işlər vəkili Emin İbrahimovun "Xocalı qətliamı - ədalət və sülh üçün davamlı çağırış" sərlövhəli məqaləsi Uruqvayın aparıcı xəbər portallarından olan Uruqvay Xəbərlər Agentliyi (Agencia Uruguaya de Noticias) tərəfindən yayılıb.
ONN media xəbər verir ki, məqalədə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın azərbaycanlıların və ermənilərin etnik olaraq bir yerdə yaşamasının mümkün olmadığı və eks-prezident Serj Sarqsyanın Xocalı qətliamının qəsdən törədildiyi barədə Tomas de Vaala müsahibəsində dediyi məlum fikirlərə istinad edilib. Bu iki prezidentin fikirlərinin əslində Azərbaycana qarşı Ermənistanın həyata keçirdiyi işğal və etnik təmizləmə siyasətini yaxşı izah etdiyi bildirilib. Bu kontekstdə Xocalı qətliamının münaqişə kontekstində etnik təmizləmə siyasətinin ən faciəvi səhifəsi olduğuna diqqət çəkilib və bu günlərdə bu faciənin növbəti ildönümünün ərəfəsində olduğumuz xatırladılıb.
Hazırda Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal etdiyi, 1 milyondan artıq azərbaycanlının öz evindən qaçqın və didərgin düşdüyü, BMT TŞ-nin qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilmədiyi yazıda vurğulanıb. Eyni zamanda, Xocalı faciəsinə görə əsas məsuliyyəti daşıyan şəxslərin hələ də cəzasız qaldığı qeyd edilıb.
Məqalədə qeyd edilib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi hər iki xalqın nümayəndələrinin bir yerdə yaşamasının mümkünlüyünə inanır. O cümlədən, azərbaycanlıların və ermənilərin yenidən Azərbaycanın Dağlıq Qarabağ regionunda sülh şəraitində yaşaya bilməsinin mümkünlüyü vurğulanıb.
Eyni zamanda vurğulanır ki, bu sülhə nail olmaq üçün, Ermənistanın işğala son verməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və azərbaycanlıların hazırda işğal altında olan evlərinə qayıtması zəruridir. Bu prinsiplərə əsaslanan sülhün həm də Xocalı qurbanlarının xatirəsinə böyük ehtiram olacağı fikri ilə məqalə sonlandırılıb.
Həmçinin geniş oxucu kütləsinə malik Latın AmerikasınınTelesur TV, Çilinin “Diario Universidad de Chile”, İspaniyanın “Rebelion” xəbər portallarında Çilili jurnalist və beynəlxalq analitik Pablo Xofrenin “Xocalı bizdən xatırlamağı tələb edir” başlıqlı məqaləsi nəşr olunub.



Xocalı soyqırımı Ukrayna mətbuatında
XİN Ermənistanın 20 Yanvar hadisələri əleyhinə təbliğatına cavab verdi
ABŞ-da daha bir mer Xocalı soyqırımı ilə bağlı QƏRAR VERDİ
Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı - Sərəncam
Xocalıda soyqırımına həsr olunan abidə ucaldılacaq
Əli Həsənovun əsəri Buxarestdə rumın dilində nəşr edilib
Heydər Əliyev Sarayında Xocalı soyqırımının qurbanları anıldı
Əsas güclər Ermənistanın arxasında idi- İlham Əliyev
Azərbaycan Ordusu Xocalıya bunun üçün girdi - Ərdoğan
Xocalı soyqırımı İngiltərə mətbuatında
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 