Aprelin 22-dən banklar tərəfindən vətəndaşların kompensasiyalarının ödənilməsinə başlanılır. Azərbaycan Banklar Assosiasiyasından ONN media -ya verilən məlumata görə, kompensasiya ödənilməsi ilə bağlı müəyyən edilmiş mexanizmə əsasən, fəaliyyətdə olan bankların müştərilərinə həmin banklar vasitəsilə, bank olmayan kredit təşkilatı və ləğvetmə prosesində olan bankların müştərilərinə isə "Azərpoçt" MMC vasitəsilə ödənişlərin edilməsi həyata keçiriləcək. Banklar tərəfindən 500 manatdan yuxarı məbləğdə kompensasiyanın verilməsini ödəniş kartlarına köçürməklə, 500 manat və ondan aşağı məbləğdə kompensasiyalar isə pul köçürməsi yolu ilə veriləcək. Kompensasiya ödənişləri məqsədilə fiziki şəxslərdən heç bir komissiya tutulmayacaq. Kompensasiya ödənişlərinin edilməsi məqsədilə fiziki şəxslər növbəlilik prinsipi əsasında kompensasiyanın veriləcəyi yer, tarix və zəruri sənədlər barədə banklar tərəfindən əvvəlcədən SMS və ya zəng yolu ilə məlumatlandırılacaq. Fiziki şəxslər onlara ayrılmış vaxtda müvafiq banka yaxınlaşaraq kompensasiyanı əldə edəcəklər. Bundan başqa, kompensasiya ödənişi ilə əlaqədar kredit təşkilatlarında vətəndaşların operativ şəkildə xidmət göstərilməsi üçün ayrıca sahə müəyyən olunmuş və müvafiq əməkdaşlar ayrılıb. Bu müddətdə, banklar xüsusi iş rejimində işləyərək vətəndaşlara xidmət göstərəcək.
Kompensasiyalar necə veriləcək?



Ləğv olunmuş bankların müştərilərinə 550 milyon manat ödəniş edilib
Kreditlə bağlı bütün QAYDALAR DƏYİŞİR
Problemli kreditlə bağlı ödənişlər necə veriləcək?
DİQQƏT- Kart məlumatları bu cür ələ keçirilir
Banklar vətəndaşlara niyə yalançı SMS-lər göndərir?
“Muğan Bank”ın lisenziyası ləğv edildi
Azərbaycanda kreditlərlə bağlı qaydalar dəyişdi
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi
SON DƏQİQƏ: Mərkəzi Bank AÇIQLAMA YAYDI
DİQQƏT- 7 min cərimələnə bilərsiniz
Problemli kreditlərlə bağlı ŞAD XƏBƏR
Banklar kredit verməyi niyə dayandırıb? - RƏSMİ AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 