Bank olmayan kredit təşkilatları və bağlanan bankların problemli kredit sahibləri məbləğı nağd və nağdsız formalarda olmaqla “Azərpoçt” MMC-dən ala biləcəklər.
MMC-dən ONN media-ya verilən məlumata görə, bunun üçün vətəndaşın nə "Azərpoçt"un mərkəzi ofisinə, nə də Çağrı mərkəzinə(169) müraciət etməsinə ehtiyac yoxdur. Prosesə start veriləndə vətəndaşın kredit götürdüyü zaman qeydiyyata aldırdığı nömrəsinə SMS göndəriləcək. SMS-də fiziki şəxsə ödəniləcək məbləğ, ödənilən kreditinin olduğu kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı barədə məlumat (adı, ünvanı, əlaqə vasitələri), fiziki şəxsin yardımın köçürüldüyü ödəniş kartını əldə edə biləcəyi və ya pul köçürməsinin ediləcəyi kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru barədə məlumat (kredit təşkilatının, onun filialının, poçt rabitəsinin milli operatorunun və onun şöbəsinin adı, ünvanı, əlaqə vasitəsi) pul köçürməsinin ediləcəyi tarix haqda informasiya öz əksini tapacaq.
Hal-hazırda Azərpoçt MMC-nin icra edəcəyi əməliyyatın neçə nəfərə şamil olunacağı hələ dəqiqləşdirilməyib.
Azərpoçt MMC tərəfindən ödənişlər pul köçürmələri və plastik kartlar vasitəsilə olmaqla 2 formada həyata keçiriləcək. 500 manata qədər məbləğ nağd formada, 500 manatdan yuxarı olduqda isə plastik kartlar vasitəsilə kredit sahibinə təqdim olunacaq.
Problemli kreditlərin ödənilməsi ilə bağlı göstərilən xidmətlər Azərpoçt MMC tərəfindən pulsuz həyata keçiriləcək. Axar



Gözlənilən gün gəldi- Problemli kreditlərlə bağlı veriləcək kompensasiyanın məbləği...
Kompensasiyalar necə veriləcək?
“Kapital Bank” müştərilərin kreditini ödəyəcək?
Kreditlə bağlı qaydalarda DƏYİŞİKLİK
Kredit borcu olanların DİQQƏTİNƏ
Muğan Bankda krediti olanların NƏZƏRİNƏ
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi
İlham Əliyev qanun imzaladı
Kredit güzəşti necə hesablanır?- MÜTLƏQ OXUYUN
Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb
Problemli kreditlərlə bağlı ŞAD XƏBƏR
Problemli kreditlərin həcmi artıb - Deputat bankları TƏNQİD ETDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 