Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğində pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi veriləcək. ONN media xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir. Məcəllənin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğdə pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi verilir. Banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə alan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilən şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat verir. Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirə ediləcək.
Bu əcnəbilərə ölkədə yaşamaq icazəsi veriləcək



Bu şəxslərə ölkədə daimi yaşamaq icazəsi veriləcək
Prezident Miqrasiya Məcəlləsində dəyişikliyi təsdiqlədi
Bu rüsumlar artırılır - Siyahı
Baş nazirdən əcnəbilərlə bağlı QƏRAR
Azərbaycana giriş-çıxışına icazə verilən şəxslərin siyahısı genişləndirildi
Milli Məclis bu qanunları təsdiqlədi
Rusiyada yeni viza sisteminin tətbiqinə başlanıldı
Miqrasiya Xidmətindən əcnəbilərə müraciət
Bu şəxslərə ŞAD XƏBƏR- Yaşamaq üçün icazə veriləcək
100 min rus Türkiyədə yaşamaq izni aldı
Azərbaycanda nə qədər əcnəbi yaşayır?
Miqrasiya xidməti bu şəxslərlə bağlı məlumat yaydı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 