“Fransa senatının Azərbaycana qarşı qəbul etdiyi son dərəcədə qərəzli qərar bir daha göstərdi ki, məhz torpaqlarımızın 30 ilə yaxın erməni işğalında saxlanmasında birbaşa olaraq Fransanın çox böyük xidmətləri olmuşdur”.
ONN media xəbər verir ki, bunu İnterpress.az-a açıqlamasında “Turan Araşdırma Mərkəz” İctimai Birliyinin sədri Cavid İsmayıl deyib.
“Eyni zamanda Fransa bu addımı ilə bütün dünyaya həyasızcasına bir daha Türk və İslam düşməni olduğunu publik olaraq elan etmiş oldu. Siz bir həyasızlığın həddinə fikir verin. BMT Təhlükəsizlik Şurasının o vaxtkı Dağlıq Qarabağ münaqişəsilə bağlı 1993-cü ildən 4 məlum Qətnamələri olduğu halda nəyə görə BMT Təhlükəsizlik Şurasının 5 üzvündən biri, tarixə gömülən “ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olaraq bu qətnamələrin həyata keçirilməsində iş görmədi? Cavab sadədir. Çünki işğal olunan ölkə, əhalisi xüsusi amansızlıqla qətlə yetirilən, soyqırıma məruz qalan, milli mənəvi və dini dəyərləri tapdalanan, şəhərləri, qəsəbə və kəndləri sözün əsl mənasında yerlə-yeksan edilən tərəf türk və müsəlmandır. İndi qəhrəman ordumuzun şərəf tariximizin 44 günlük Zəfər səhifəsi yazıldıqdan sonra Fransada öz xislətini artıq daxildə saxlaya bilməyərək haqqın yox, nahaqqın yanında olduğunu bir daha sübut etdi. Fransa senatı və şəxsən Makron açıq şəkildə terrorçuları, uşaq qatillərini dəstəkləməsi beynəlxalq hüquq və əxlaq normalarına zidd olsa da, babalarının qanlı tarixinə sadiq olduqlarının daha dəqiq qeyd etsəm, Amerika və indiki Kanadanın ərazisi daxil, Afrikanın şimalında yerləşən Tunis, Liviya, Mərakeş və elə ən yaxın tarixdə, 1994 – cü ildə “Ruanda soyqırımı” və ya rəsmi olaraq “Tutsilərin soyqırımı” kimi tanınan qətliamı törədən babalarının ruhlarına sadiq olduqlarını layiqli davamçılarıdır. Bilirsiniz, insanlıq adına utanc olan 1830 -1875-ci il arası 2.5 milyon əlcəzairlini soyqırıma məruz qoyan bir quldur, qan içən, qəddar zehniyyətin davamçılarından ancaq bunu gözləmək olardı”, – o bildirib.



Fransa açıq-aşkar ermənipərəst siyasət yürüdür - Prezidentin köməkçisi
Bu qərar Azərbaycan və Türkiyəyə qarşı düşmənçilikdir - Hulusi Kılıç
XİN rəsmi məlumat yaydı
Makron Dağlıq Qarabağa gedəcək - VAXTI AÇIQLADI
XİN-dən Fransa əyalətinin qərəzli bəyanatına REAKSİYA
Putinlə Trampın hərbi rəsmilərindən KRİTİK GÖRÜŞ: Dağlıq Qarabağı...
Hacıyev: "Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil"
Fransalı diplomatdan TARİXİ DƏRS: "Dağlıq Qarabağ böhranını ölkəmizə gətirməməliyik"
SON DƏQİQƏ: Milli Məclis Senata cavab bəyanat QƏBUL ETDİ
Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir- İLHAM ƏLİYEV
Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü barədə AÇIQLAMA
Akardan Fransaya ŞİLLƏ KİMİ REAKSİYA: indi bəlli oldu ki...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 