Tez-tez yas mərasimləri ilə bağlı müzakirələr olur. Əsas vurğu israfçılığa yönəlir. Lakin toylarımızın acınacaqlı vəziyyətdə olduğu da istisna edilmir. Əksinə, toylarda daha çox israfçılığa yol verildiyi bildirilir. Pandemiya zamanı deyilirdi ki, həyat normala döndükdən sonra yəqin israfçılıq da azalar. Əksi oldu. Pandemiyadan sonra toy qiymətləri və israfçılıq daha da artdı.
Bəs bunun qarşısı alına bilərmi? Hər hansı bir tədbir görülməsi mümkündürmü?
ONN media xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan deputat Gülşad Rüstəmova toylarda israfçılığa yol verildiyini təsdiqləyib.
"Dinimiz də bizə israfçılığın olmamasını buyurur. Amma yaslarda məsələ bir az fərqlidir. Hər kəs əzizi üçün ehsan vermək istəyir. Şəxsən mən bu gün şəhid balamın tədbirlərində hər gələn adamın ehsandan dadmasını, rəhmət oxumasını istəyirəm. Biz şəhid anaları da belə mənəvi rahatlıq tapırıq. Amma onu da sizə deyim ki, Naxçıvanda keçirilən yaslarımızda qəti israfçılıq olmur”, - deputat bildirib.
G.Rüstəmova deyib ki, əslində, yeyilməyən yeməklər süfrəyə qoyulmaya bilər:
“Məsələn, 5-6 növ salat olacaqsa və onun çoxu yeyilməyəcəksə, elə bir növ salat olması daha yaxşıdır, 5-6 yemək növündənsə, 2 cür yemək olsun. İnsanın mədəsi guya nə qədər qida qəbul edir ki?! Təki həmişə süfrələrimiz bol olsun, Azərbaycanımızda şad günlər keçirilsin, amma israfçılığa yol verilməsin. Anlayıram, hamı övladının xoş günündə belə şeylərlə rahatlıq tapır, bir söz deyə bilmərəm. Lakin israfçılığın olmamasına diqqət edilməlidir. Ən azından qalan yeməklər sonra ehtiyaclı kəslərə verilə bilər. Bununla bağlı tədbir görmək mümkündür”.



Azərbaycanda toylarda yemək verilməyəcək
DİQQƏT-Azərbaycanda dəfn mərasimləri ilə bağlı qaydalar DƏYİŞİR
Toylarla bağlı yenilik nədir?
Operativ Qərargahdan yas məclisləri ilə bağlı AÇIQLAMA
“Bizi bütün dünyada biabır edən toy modelini ortadan çıxarmalıydıq” - Sosioloqdan haqlı irad
Toydan sonra həyat yoldaşı Sevdaya ŞƏRT QOYDU
Karantindən sonra yas mərasimləri necə keçiriləcək?
Toyların keçirilməsinə nə vaxtdan icazə veriləcək?
Bakıda suyun verilmə qrafiklərində dəyişikliklər edilir
Gələn həftədən SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
Aqil Abbas: Niyə “Şəhid anası” medalı olmasın?
Trampla Konqres arasında ciddi qarşıdurma – Şərh
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 