Yeni il tətili yaxınlaşdıqca əhalinin istirahət planları da formalaşmağa başlayır.
Bayram günlərini səyahətlə keçirmək istəyənlərin sayı artdıqca turizm bazarında canlanma müşahidə olunur, ənənəvi və alternativ istiqamətlər ön plana çıxır.
Həm regional, həm də uzaq ölkələrə maraq fonunda turpaketlərə tələbat yüksəlir ki, bu da qiymətlərə birbaşa təsir göstərir.
Mövcud tendensiyalar göstərir ki, yeni il dövründə səyahət seçimləri və xərclər əvvəlki illərlə müqayisədə müəyyən dəyişikliklərlə müşayiət olunur.
Turizm eksperti Ceyhun Aşurov BAKU.WS-ə bildirib ki, Yeni il tətili dövründə Azərbaycan vətəndaşları daha çox ənənəvi istiqamətlərə səyahətlər edirlər:
"Daha çox şəhər turları ilə bağlı seçimlər edilir. Tbilisi, İstanbul, eyni zamanda Körfəz ölkələrindən Doha, Dubay istiqamətinə gedirlər. Yeni il ərəfəsində bu isitqamətlər üzrə qiymətlər təxminən 1000 dollar (1700 AZN) ətrafındadır. Bu paketlərə 3-4 günlük səhər yeməyi və təyyarə bileti daxildir.
Eyni zamanda bir az uzaq məsafəli səfərlər də var. Bunlara Tailand, Şri-Lanka və Maldiv adalarını misal göstərmək olar. Bu səfərlərin qiyməti təxminən adambaşı 1500 dollardan (2550 AZN) başlayır. Bəzən qiymət 2000 dollara (3400 AZN) qədər və ondan da yuxarı qalxır. Qiymətlər səfərin neçə günlük təşkil edilməsi və otelin kateqoriyasına görə dəyişir.
Bundan başqa Misir turları da indi populyardır. Misir istiqaməti nisbətən əlverişli hesab olunur. Təxminən 500-1000 dollar ətrafında otelin kateqoriyasına görə qiymətlər təklif olunur".



Yeni il paketləri: Otellərin qiyməti açıqlandı
Rayonlarda istirahət qiymətləri neçiyədir?
İstirahətə getmək istəyənlərin NƏZƏRİNƏ
Avropadan Azərbaycana gələn turistlərin sayı artıb: Səbəb nədir?
Novruz bayramında Azərbaycan hotellərində qiymətlər - SİYAHI
Azərbaycanda yeni il tətili üçün şok qiymətlər
Mənzil bazarındakı son durum açıqlandı
Antalyaya getmək istəyənlərin NƏZƏRİNƏ
Ev almaq istəyənlərin DİQQƏTİNƏ
Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ
Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - QİYMƏTLƏR
Azərbaycanda Yeni il tətili uzadılacaq? – AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 