Cərimə meydançalarında illərlə sahiblərini gözləyən avtomobillər var. Bu nəqliyyat vasitələri inzibati qayda pozuntuları və ya hüquqi prosedurlar səbəbindən polis əməkdaşları tərəfindən saxlanılaraq müvəqqəti duracaqlara yerləşdirilir. Lakin bəzi hallarda vətəndaşlar avtomobillərini geri götürmədiyi üçün onlar uzun müddət cərimə meydançalarında qalırlar.
Maraqlıdır, belə hallarda həmin avtomobillərlə bağlı hansı addımlar atılır?
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı Baku TV-yə bildirib ki, xarici təcrübədə avtomobil sahibi müəyyən müddət ərzində nəqliyyat vasitəsini cərimə meydançasından götürmədikdə avtomobil dövlətin balansına keçirilir. Azərbaycanda isə qaydalar fərqlidir.
Ekspertin sözlərinə görə, bəzi sürücülər mövcud vəziyyətdən sui-istifadə edirlər: "Qanunvericiliyə əsasən, cərimə meydançasında saxlanılan hər bir avtomobil üçün gündəlik ödəniş hesablanır. Avtomobil sahibi iki seçim qarşısında qalır: ya sənədləri qaydaya salaraq maşını götürür, ya da ərizə yazaraq nəqliyyat vasitəsindən imtina edir. Bu halda avtomobil aidiyyəti qurumlara təhvil verilir".
Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Elvin Hacıyev isə bildirib ki, belə avtomobil sahibləri ilə dəfələrlə əlaqə saxlanılıb və onlara rəsmi məktublar göndərilib:
"Təəssüf ki, hələ də bu məsələyə laqeyd yanaşan şəxslər mövcuddur. Avtomobillərin duracaqdan götürülməsi və ya utilizasiyaya təqdim edilməsi üçün bütün şərait yaradılıb. Müraciət edən şəxslərə dərhal köməklik göstərilir. Əsas məqsəd ölkənin avtomobil parkının yenilənməsi, ekoloji normalara cavab verməyən və ya tam yararsız vəziyyətə düşmüş nəqliyyat vasitələrinin utilizasiyaya yönləndirilməsi, həm təhlükəsizliyin artırılması, həm də ətraf mühitin qorunmasıdır".
Qeyd edək ki, Tarif Şurasının 12 aprel 2006-cı il tarixli qərarına əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara gətirilən avtomobillərin gündəlik saxlanma haqqı çəkisinə görə müəyyən edilir. Belə ki, 3.5 tona qədər olan avtomobillərin bir günlük saxlama qiyməti bir manat, 3.5 tondan 10 tona kimi olduqda iki manat, 10 tondan yuxarı olduqda isə üç manatdır.



DYP bu şəxslərə xəbərdarlıq etdi
50 manat cərimələnə bilərsiniz - Yol polisindən XƏBƏRDARLIQ
Maskadan istifadə etməyən bəzi vətəndaşlar cərimələndi
Gürcüstan nömrəli maşın sürürsünüzsə MÜTLƏQ OXUYUN
Sürücülərin nəzərinə: eyni protokol 20 gün sonra yenə yazıla bilər
Sürücülər yol polisini BELƏ ALDATMAĞA çalışır - Xəbərdarlıq edildi - VİDEO
Sürücülərə ÜZÜCÜ XƏBƏR: Burada avtomobil saxlayan cərimələnəcək - VİDEO
Parklanma qaydaları ilə bağlı YENİLİK
Bu avtomobillər də cərimədən yayına bilməyəcək
Sürücülərin NƏZƏRİNƏ- Bu gündən...
Cəriməni ödəmək istəməyənlərə XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə müraciət
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 