ONN İnformasiya Agentliyi

Çörəyin xarab olmasını istəmirsinizsə, belə saxlayın – MƏSLƏHƏT

Çörəyin xarab olmasını istəmirsinizsə, belə saxlayın – MƏSLƏHƏT
19 İyul 2018 - 16:52

Çörəklə bağlı hazırda israfçılığa çox yer veririk. Hətta ən acınacaqlısı budur ki, zibil qablarının yanında yığın-yığın kiflənmiş çörəklərə rast gəlirik. Bəs çörəyin kiflənməməsi və əbəs yerə zibilə atılmasının qarşısını necə almaq olar?

ONN media bununla bağlı faydalı məlumatlar verir.

Əgər çörəyi çox almısınızsa, yeyə biləcəyiniz qədəri ayırıb qalan hissəsini soyuducuda saxlaya bilərsiniz. Soyuducuda saxladığınız çörəyi istifadə edən zaman sobada isidərək, təzə kimi olmasını təmin edə bilərsiniz.

Çörəyinizin xarab olmasını istəmirsinizsə, saxladığınız qabın içinə bir az duz səpin. Bu üsulla çörəklər kiflənməyəcək.

Çörəkləri daha uzun müddət saxlamaq istəyirsinizsə, onları dilimləyərək saxlamalısınız. Çünki dilimlənən çörəklər təzəliyini daha uzun müddət qoruyur, çox tez boyatlamır.

 

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png