ONN İnformasiya Agentliyi

Çoxlarının sevimli yeməyi olan hamburgerin evdə hazırlanma QAYDASI

Çoxlarının sevimli yeməyi olan hamburgerin evdə hazırlanma QAYDASI
25 Aprel 2018 - 7:24

Kiçikdən-böyüyə çoxlarının sevimli yeməyi hamburger hazırlamaq istəyirsiniz?

ONN media xəbər verir ki, bu reseptlə evdə, tam sağlam şəkildə qamburgerinizi hazırlaya biləcəksiniz.

Lazım olan ərzaqlar:

Çəkilmiş mal və ya toyuq əti

1 ədəd soğan

2 ədəd pomidor

Xiyar turşusu

1 çay stəkanı süd

Yarım dəstə cəfəri

1 çay qaşığı xardal

Duz, qara və qırmızı istiot

Ketçup

Kahı

Mayonez

Holland pendiri

Hamburger çörəyi

Hazırlanması:

Bir qabın içərisinə çəkilmiş mal və ya toyuq əti, əzilmiş çörək, süd, xardal, duz, ədviyyat, xırda doğranmış cəfərini, soğanı əlavə edib yoğurun. İçlikdən hamburger küftələri hazırlayıb qızardın.

Hamburger çörəyinin içərisinə mayonez, ketçup vurub qızartdığınız küftələri əlavə edin. Daha sonra pomidor, xiyar turşusu, zövqə görə soğan, Holland pendiri, kahı qoyub yeyə bilərsiniz.

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png