ONN media xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib. Görüşdə Azərbaycanla Türkiyə arasındakı dosluq və qardaşlıq münasibətlərindən söz açılıb, mövcud əlaqələrin günü-gündən daha da möhkəmləndiyi diqqətə çatdırılıb.
Azərbaycanla Türkiyə arasındakı qardaşlıq və dostluq əlaqələrinin sarsılmaz təməl üzərində qurulduğu, bu münasibətlərin hər zaman başqa dövlətlərə nümunə olduğu dilə gətirilib. Qeyd olunub ki, tarixi dostluq, qarşılıqlı etimad və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim inkişaf edir. Bu münasibətlərin genişləndirilməsində Gəncə də əhəmiyyətli rola malikdir. Son vaxtlar Gəncədə xarici sahibkarlar, o cümlədən qardaş Türkiyənin iş adamları üçün əlverişli şərait və geniş imkanlar yaradılıb. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin "bir millət - iki dövlət" prinsipinə əsaslandığı vurğulanıb. Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.
Səmimi söhbət şəraitində keçən görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, xatirə şəkli çəkdirilib.



Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Gəncədə olub
Tahir Budaqov Şamil Ayrımla görüşdü
Türkiyə Azərbaycanda hərbi baza quracaq? - SƏFİRDƏN AÇIQLAMA
Bakıda Türkiyənin milli bayramı qeyd edildi
Niyazi Bayramova “Şərəf və ləyaqət” ordeni təqdim olunub
Niyazi Bayramov Belarus səfirini qəbul edib
Zakir Həsənov Haluk Görgünlə görüşdü
Prezident Türkiyənin Diyanət İşləri İdarəsinin sədrini qəbul edib
Nazir Türkiyə millət vəkilləri ilə görüşdü
Niderland Krallığının Azərbaycandakı səfiri Gəncədədir
İlham Əliyev Numan Kurtulmuşun rəhbərlik etdiyi heyəti qəbul etdi
Ceyhun Bayramov Akgünü qəbul etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 