Hava şəraiti ilə əlaqədar olaraq infeksiyalı boğaz ağrıları çoxalıb. Belə şiddətli ağrılar bir müddətdən sonra keçsə də tiroid vəzlərinə təsir edərək "subakut tiroid", yəni ağrılı tiroid iltihablaşmasına səbəb ola bilər.
ONN media medicina.az-a istinadən bildirir ki, bu sözləri Türkiyənin Acıbadem xəstəxanasının endokrinoloqu Bilge Ceydilek deyib. Bildirib ki, əslində bu xəstəliyin diaqnozu asan qoyulsa da, bəzən oxşar əlamətlərə görə, qrip, faringit, qulaq iltihabı ilə qarışıq salınır:
"Diaqnoz gec qoyularsa ağrılar davam edə bilər. Hətta bəzən bu hal qalıcı tiroid vəzi çatışmazlığı da yaradır. Bu səbəbdən qripdən sonra anidən udqunmada çətinlik yaşasanız, boyunun ön qismində ağrı hiss etsəniz endokrinoloqa müraciət etməlisiniz. Bu hal həmçinin insanda halsızlıq da yaradır."
Ceydilek həmçinin əlavə edib ki, bu xəstəlik qadınlarda daha çox rast gəlinir:
"Kişilərlə müqayisədə qadınlarda 3-4 qat daha çox qarşılaşırıq. Ən çox rastlanan əlaməti isə baş ağrısıdır. Bu hal get-gedə udqunmada da çətinlik yarada bilər.Çətin udqunma, şiddətli baş ağrıları, halsızlıq, yorğunluq da tiroid iltihabının əlamətləri sırasındadır. Həmçinin bəzi xəstələrdə burun axıntısı, öskürək kimi şikayətlər də müşahidə edilə bilər".
Endokrinoloq, tiroid hormonlarının həddindən çox fəaliyyəti nəticəsində ani arıqlamanın mümkünlüyünü bildirib:
"Bu vəziyyət davam edərsə, ürək döyüntüləri artar, tərləmə, əllərdə titrəmə, əsəbilik halı yarana bilər. Diaqnozu çox gec qoyulan xəstələrin yarısında isə tiroid hormon azlığı yarana bilər".



DİQQƏT- Uşaqlar arasında yeni xəstəlik yayılır
Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus NƏDİR?
Sağ qabırğaaltı nahiyə niyə ağrayır? - TƏHLÜKƏLİ SİMPTOM
Tez-tez köpürsünüzsə, diqqətli olun! - Bu ağır xəstəliklərə işarə edir
Kardioloqlar təhlükəli simptomları açıqladı
Yeni doğulmuş övladınızda bu əlamətlər varsa... - Mütləq "topuq testi" etdirin
Kəskin miqren ağrılarına EV ŞƏRAİTİNDƏ SON
COVID-19-dan sonra bu xəstəlik yarana bilər - XƏBƏRDARLIQ
Valideynlərin NƏZƏRİNƏ- Yeni virus yayılır
Qripdən qorunmaq üçün ən effektli üsul - Həkim tövsiyəsi
Qaraciyərdə problemlərin olmasına işarə edən 9 SİMPTOM
Alimlər koronavirusla YENİDƏN YOLUXMA səbəblərini açıqladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 