"Ermənistan rəhbərliyi və Ermənistan Xarici İşlər Nazirliyinin instutisonal yaddaş pozğunluğu və ya amneziyadan əziyyət çəkdiyini nəzərə alaraq, onlara Ermənistanın o zaman müdafiə naziri və hazırda prezidenti olan Serj Sarkisyanın Böyük Britaniyadan olan jurnalist Tomas de Vala açıqlamasını xatırlatmaq istərdik".
ONN media xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
XİN rəsmisi vurğulayıb ki, Tomas De Valın müəllifi olduğu “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və müharibədən” adlı kitabın 172-ci səhifəsində Serj Sarkisyanın dedikləri istinad kimi yazılıb. “Xocalıdan əvvəl Azərbaycanlılılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər. Amma biz bu streotipi sındıra bildik” (Thomas de Waal, Black Garden: Armenia and Azerbaijan through Peace and War (New York and London, New York University Press, 2003), p. 172)).
Tomas de Val açıqlamasında bu müsahibənin səs yazısına da malik olduğunu bildirib.
(Armenia’s then-Defense Minister and current President, Serzh Sargsyan, was quoted by the British journalist Thomas de Waal, as saying, “[b]efore Khojali, the Azerbaijanis thought that ... the Armenians were people who could not raise their hand against the civilian population. We were able to break that [stereotype]” )
Ermənistanın milli qəhrəmanı terrorçu Monte Melkonyanın qardaşı Markar Melkonyan “Mənim qardaşımın yolu” kitabında 213-214-cü səhifələrində Xocalı soyqırımını törədənlərdən biri olan Monte Melkonyana istinadən yazır: “Xocalının bir sıra sakinləri təqribən altı mil məsafə qət edərək təhlükəsiz əraziyə çıxsalar da erməni əsgərlər onların arxasında gedirdilər. Sonra əsgərlər xəncərlərini çıxararaq bıçaqla zərbələr endirməyə başladılar”. ((My Brother’s Road: An American’s Fateful Journey to Armenia (London and New York, I. B. Tauris, 2005), pp. 213-214).)
(Author Markar Melkonian would later describe in his book how some residents of Khojaly had nearly reached safety after fleeing almost six miles but “[Armenian] soldiers chased them down”. The soldiers, he continues, “then unsheathed the knives they had carried on their hips for so long, and began stabbing” (My Brother’s Road: An American’s Fateful Journey to Armenia (London and New York, I. B. Tauris, 2005), pp. 213-214).)
Müasir beynəlxalq hüquqa uyğun olaraq, insanlıq əleyhinə cinayət və soyqırım əməli olan Xocalı faciəsinin törədilməsinə görə Ermənistan Respublikası ilə bərabər, Ermənistanın hərbi-siyasi rəhbərliyində olan şəxslər də cinayət məsuliyyəti daşıyırlar.
Ermənistanın hərbi-siyasi rəhbərliyi istintaqa ifadə verməyə özündə cəsarət taparsa və Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq tribunal təşkil olunarsa, Azərbaycanın prokurorluq orqanları tərəfindən aparılan istintaq işi çərçivəsində Xocalı faciəsinə görə onların cinayət məsuliyyətini sübut edən daha təfərrüatlı faktlar, o cümlədən şahid ifadələri, məhkəmə ekspertiza rəyləri təqdim oluna bilər".



Azərbaycan XİN-dən Ermənistana CAVAB
Azərbaycan XİN-dən Ayvazyana SƏRT XƏBƏRDARLIQ
XİN növbəti erməni saxtakarlığı barədə bəyanat yayıb
Paşinyanın partlamayan “İsgəndər”lə bağlı açıqlamasına Ermənistan MN NƏ CAVAB VERDİ?
Azərbaycan XİN rəsmi məlumat yaydı
Leyla Abdullayeva Ermənistanın xarici işlər nazirinə cavab verdi
Rəsmi Bakıdan Ermənistana SƏRT CAVAB
Ermənistanın baş naziri yenidən yalan danışır - Hikmət Hacıyev
Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı oldu
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü - XİN-dən AÇIQLAMA
Azərbaycan XİN-dən Ermənistana CAVAB
Azərbaycan XİN-dən Mirzoyana cavab
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 