Turan Araşdırma Mərkəzi İctimai Birliyinin sədri, filoloq-tarixçi, ictimai-siyasi xadim, türkçü alim professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Daşnak – bolşevik terrorunun ideoloqları: Stepan Şaumyan, Anastas Mikoyan... “adlı kitabı çapdan çıxıb. Kitab "Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr olunub.
ONN media Turan Araşdırma Mərkəzinə istinadən xəbər verir ki, hələ ötən əsrin 80-cı illərinin sonunda əldə etdiyi məxfi arxiv sənədlərinə əsaslanan müəllif kitabda erməni satqınılığının növbəti tarixi səhifəsini ifşa etmişdir. Belə ki, bu günədək SSRİ xalqlarına “Kremlin rəşadətli bolşeviki” kimi tanıdılan Anastas Mikoyanın bolşevizmin qatı düşmənləri olmuş “Qnçak” və “Daşnak” partiyaları, əsas tərkibini ermənilər təşkil edən eser və menşeviklərlə fəal əlaqə saxlayan, “Mərkəzikaspi Diktaturasının” erməni millətindən olan başqa öncül adamları ilə eyni sırada “məsul işçisi” və mauzeristi olduğunu isbat edir.
Təkzib edilməz arxiv sənədlərindən gətirilən bir neçə nümunə sübut edir ki, idealı “Böyük Hayastan” uğrunda mübarizə olan S.Şaumyanın yuxarıda adı gedən siyasi təşkilatlarda birləşən ermənilər, xüsusən Lenin hökumətinin amansız düşməni ingilislərlə hərbi ittifaqda olmuş Biçeraxovla sazişə gəlməsi, Bakı fəhləsinin başqa liderləri ilə birlikdə həbs edilməsi, onlarla Aşqabada aparılması, heç şübhəsiz, Zaqafqaziyada bolşevizmin etibarlı dayaqları olan qeyri-erməni liderlərə qarşı törədiləcək faciəli hadisələr üçün xüsusi planla hazırlanmış məkrli pərdədir.
Bütün bu tarixi faktlar əsl erməni xislətini, erməni məkrini və növbəti satqınlığını ifşa edir və Bakıda “26-lar”dan üç məzarsız komissarın hansı xalqa mənsub olduğuna işıq salmış olur.
Qeyd edək ki, müəllifin araşdırması hələ SSRİ dönəmində xüsusi bülletendə gizli olaraq çap edilib insanlara paylanılıb və yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra 90-cı illərdə geniş oxucu auditoriyasına media üzərindən çatdırılmışdı.
Xatırladaq ki, erməni satqınlığının daha geniş oxucuya çatdırılması üçün kitab anadolu türkçəsində “Türk'ün kanlı düşmanları olan Stepan Şaumyan ve Anostas Mikoyan ermeni terörün kurucusu!” və rus dilində “Идеологи дашнакско-большевистского террора: Степан Шаумян, Анастас Микоян ... “ adı ilə də çap edilib.



DAŞNAQ – BOLŞEVİK TERRORUNUN İDEOLOQLARI : STEPAN ŞAUMYAN, ANASTAS MİKOYAN…. SON YAZI
DƏRƏŞAM: OGUZ-TÜRK MƏZARLIĞI – KİTABI ÇAPDAN ÇIXDI
44 günlük əfsanəvi hərb tariximizin görünməyən tərəfləri
Bu gün Əjdər İsmayılovun doğum günüdür
“Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” kitabı üç dildə çapdan çıxıb
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - kitabının təqdimatı olub - Xəzər Universitetində
Professor Əjdər İsmayılovdan Anım Günü PAYLAŞIMI
Əjdər İsmayılov dünyada istinad ediləsi mötəbər alim tövsiyə edildi və ABŞ Konqres Kitabxanasında qeydiyyata alındı
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - ADPU-da
Naxçıvanlı gənc alim saxta erməni uydurmalarına son qoyan iki elmi əsəri Türkiyə türkcəsinə tərcümə etdi
Keşiş Vartanın uydurduğu "erməni Naxçıvanı" mifini tarmar edən əsər
Əjdər Tağıoğlunun erməni tarixşünaslığı nın şah damarını kəsən əsəri – İstanbulda nəşr edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 