2021-ci ilin 6 noyabr tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında və Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Günü münasibətilə tədbirlər keçirilib.
DTX-nin mətbuat xidmətindən verilən məlumata görə, tədbirlərdə Xidmətin əməkdaşları, Vətən müharibəsi qaziləri və Akademiyanın kursantları iştirak edib.
İlk öncə tədbir iştirakçıları DTX-nin Heydər Əliyev adına Akademiyasında Ulu Öndərin təhsil ocağının ərazisində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub. “Şöhrət” muzeyində qonaqlara dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan Akademiyanın yaranma tarixi və fəaliyyəti, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbərinin bu mühüm dövlət təsisatında keçdiyi şərəfli yol barədə məlumat verilib. Ziyarətçilər muzeydə Ümummilli liderin mənalı ömür yolunu əks etdirən fotostendlərlə və digər eksponatlarla yaxından tanış olub, Vətən müharibəsindəki şanlı Qələbəyə həsr olunan sənədli filmə tamaşa edib. Sonra kursantlarla Vətən müharibəsi qazilərinin səmimi görüşü baş tutub, qonaqlara hədiyyələr təqdim olunub.
Bunun ardınca DTX-nin Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirə qatılan qonaqlar əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Dövlət himni səsləndirildikdən sonra DTX-nin Mədəniyyət Mərkəzinin hazırladığı İkinci Qarabağ müharibəsindən bəhs edən film nümayiş olunub.
Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı polkovnik Füzuli İmrəliyev çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əzmi, qətiyyəti və yüksək sərkərdəlik bacarığı ilə aparılan 44 günlük haqq savaşında keçdiyi döyüş yolundan, çiyin-çiyinə vuruşduğu hərbçi yoldaşlarının igidliyindən və şücaətindən söz açıb. Müharibə iştirakçılarına və şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan da danışan qəhrəman zabit F.İmrəliyev DTX əməkdaşlarının Silahlı Qüvvələrin Ali Baş Komandanının əmr və göstərişlərini bundan sonra da layiqincə icra etməyə hazır olduğunu bildirib.
Tədbir tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında vətənpərvərlik mövzusunda konsert proqramı ilə davam edib.



Həştərxanda Heydər Əliyev anılıb - Foto
DSX-nin rəhbər heyəti Fəxri xiyabanda
Prezident Heydər Əliyevin abidəsini ziyarət etdi
DTX “Heydər zirvəsi”nə yürüş təşkil etdi
Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi
Dövlət Akademik Filarmoniyasının noyabr repertuarı
İlham Əliyev və birinci xanım ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi
Ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər
Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi
Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdi
Bakıda Zəfər yürüşü başladı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 