Rusiya Ukrayna münaqişəsi davam edərkən qlobal qəhrəmana çevrilmək yolunda olan Ukrayna prezidenti Vladimir Zelenskinin siyasi karyerasına başlamazdan əvvəl çəkildiyi “Xalqın xidmətçisi” serialı dünyanın bir çox ölkəsində nümayiş etdirilir.
ONN media xəbər verir ki, 2015-ci ildə ekranlaşdırılan “Xalqın xidmətçisi” serialında müəllimlik edərkən təsadüfən dövlət başçısı obrazını canlandıran Zelenskinin rolu 2019-cu il seçkilərində gerçəkləşib.
Zelenskinin əsasını qoyduğu “Kvartal 95 Studio” adlı prodüser şirkəti tərəfindən çəkilmiş serialın yayımını “Eccho Rights” şirkəti öz üzərinə götürüb. Şirkətinin direktoru Nikola Söderlund bildirib ki, son günlər filmin yayımı ilə bağlı satışlar xeyli artıb.
Ukraynada çox sevilən və 3 mövsüm nümayiş etdirilən serial daha sonra həddindən artıq maraq doğurduğu üçün bədii film kimi çəkilib.
Qeyd edək ki, İngiltərədə yayımlanan "Kanal 4" serialın ölkədə nümayiş hüququnu satın aldığını və "Xalqın xidmətçisi"nin bazar günləri nümayiş olunacağını açıqlayıb.
Eccho Rights Yunanıstanın ANT 1 və Rumıniyanın PRO telekanalları ilə Yaxın Şərqdə MBC ilə müqavilə imzaladığını və serialın Bolqarıstan, Moldova, Estoniya, Fransa, Finlandiya və Gürcüstan televiziyalarında da yayımlanacağını açıqlayıb. Serialın ABŞ-da yayım hüququnu kimin aldığı hələlik dəqiqləşdirilməyib.



Zelenskinin Krımdakı əmlakı milliləşdirilə bilər
Ukraynada səslərin 99 faizi sayıldı
Zelenski məşhur blogerə yüksək vəzifə verdi
Zelenskinin keçirdiyi press-marafon dünya rekordu qırdı
Zelenski Ali Radada neçə yer əldə edir – SON NƏTİCƏLƏR
Zelenskinin Türkiyəyə səfəri başladı
Ukraynanın baş naziri kim olacaq?
Kanadada küçəyə Zelenskinin adı verilə bilər
Mustafayev getdi, bu serialın yayımı dayandırıldı
Zelenskinin elə bir görüntüsü yayıldı ki... - VİDEO
Rusiya XİN -dən Zelenskinin bəyanatına CAVAB
Bayden administrasiyası Zelenskinin Kiyevi tərk etməsini müzakirə edib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 