"Yaz-yay mövsümü gəlib və istilər başlayıb. Vətəndaşlar dəniz sahilində gəzmək və çimərliklərdən istifadə etmək istəyırlər. Amma, hər kəsin bildiyi kimi, Xəzər dənizinin sahilləri işğal altında qalmaqda davam edir".
Bunu deputat Razi Nurullayev parlamentdə çıxışı zamanə deyib.
"Son illər IDEA-nın rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində ictimai çəmərliklərin yaradılmasına başlanılıb və bunu alqışlayıram. Lakin bu, kifayət etmir. Dəniz Allah tərəfindən xalqımıza lütf edilən bir ilahi sərvət, Konstitusiyamız tərəfindən isə istifadəsinə
maneəsiz verilən bir hüquqdur. Hər kəs dənizin beş-on hektarını çəpərləyib, bu qanunsuzluğu hər bir vətəndaş görür, yaşayır və narazı qalır. Sonra da onlara hüququn, qanunun aliliyindən danışırıq və hər kəsin də qanun qarşısında bərabər hüquqlu olduğunu deyirik. Xalq da
görür ki, bu fikir doğru deyil.
Rəhmətlik Prezident Heydər Əliyevin fərmanı ilə dənizdən 130 metr kənarda tikinti işi aparmağa icazə verilirdi. İndi bu məsafə 30 metrə endirilib. Bu məsələni əsaslandırıb cənab Prezidentə imzaya təqdim edənlər bu xalq və dövlət qarşısında məsuliyyət daşıyır, çünki öz torpaqlarını və mülklərini nəzərdə tutub bu addıma gedib. Təklifim budur ki, dəniz kənarından 130 metr məsafədə tikintiyə qadağa qanunla təsbit edilsin və dənizi hasarlayanların hasarı və mülkləri sökülsün".



Çimərlik mövsümü başladı, ancaq... - Foto
Xəzər suları QANA boyandı, insanlar qorxuya düşdü...
Hansı çimərliklərdə bakterioloji problemlərlər var?
Paytaxtdakı ictimai çimərliklərdə yay mövsümünə hazırlıq başa çatdı
Hərbi Dəniz Qüvvələrinin təlimi keçiriləcək
Prezident və xanımı Zooloji Parkın açılışında
Leyla Əliyeva səhhəti pisləşən xalq artistinə BÖYÜK JEST
NATO Rusiyanı savaşa təhrik edir - Bloxin
Xəzər dənizinin səviyyəsi aşağı düşdü
Xəzər “donur”: Anomal qalınlıqda buz tapıldı
Leyla Əliyeva Qızılağac Milli Parkına səfər etdi
Ukraynadan Azərbaycan ordusuna BÖYÜK DƏSTƏK
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 