ONN media xəbər verir ki, ABŞ-ın populyar "Daily Caller" portalı Raul Kontrerasın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqaləsini dərc edib.
Yazıda Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yerləşən Tərtər rayonunun Qapanlı kəndi və ermənilərin kənd sakinlərinə yaratdığı çətinliklər barədə məlumat verilib.
"Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağı hərbi yolla işğal edib. Eyni zamanda həm Ermənistanın özündə, həm də Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında etnik təmizləmə aparıblar. Bundan sonra onlar orada 25 il ərzində heç kim tərəfindən tanınmayan "Dağlıq Qarabağ Respublikası" yaradıblar. ATƏT-in himayəsi altında 25 ildir yaradılan atəşkəs rejiminə baxmayaraq, ermənilər Rusiya silahlarının vasitəsilə Azərbaycan ərazilərini atəşə tutmağa davam edirlər", - müəllif qeyd edib.
Məqalədə bildirilib ki, Ermənistanın işğalı nəticəsində bir milyon azərbaycanlı qaçqın düşüb və onların bir hissəsi üçün Tərtər rayonunun Qapanlı kəndi ərazisində yeni qəsəbə salınıb: "Ermənilərin daha bir insanlığa sığmayan hərəkəti dağlardan Tərtər rayonuna axan çayların qarşısını kəsmək olub. Müharibə zamanı Tərtər rayonunun suvarma sistemi məhv edilmişdi. Azərbaycan hökumətinin səyləri sayəsində, 4000 quyu qazılıb və indi Tərtərdə kənd təsərrüfatı inkişaf edir. Bunun qarşılığında isə Dağlıq Qarabağda təpələrin o biri tərəfində olan ermənilər özlərini dolandıra bilmir və məcbur qalıb Ermənistandan və ya Rusiyadan ərzaq almalı olurlar".
R.Kontreras məqaləsində ermənilərin kəndi daim atəş altında saxladığını yazıb və vurğulayıb ki, uşaqlar güclü atışma olanda sığınacaqlara qaça bilmək üçün ayaqqabı ilə yatmaq məcburiyyətindədirlər.



Dağlıq Qarabağda qondarma “seçkilər” barədə məktub BMT-nin sənədi qismində dərc edildi
Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin...
Yaxın vaxtda sülh sazişinə ümid edirik - İcma sədri
Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü barədə AÇIQLAMA
Avropa İttifaqında Qarabağ münaqişəsi
Azərbaycan nümayəndəsi ATƏT-ə çağırış etdi
Azərbaycan icması ermənilərin təxribatı ilə bağlı bəyanat yaydı
Razılaşma var, amma 7 rayon azad edilmir - Markov
Mogerini: Aİ Dağlıq Qarabağ münaqişəsinin sülh yol ilə həllinə sadiqdir
Valentina Matviyenko Qarabağ məsələsindən DANIŞDI
Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir- İLHAM ƏLİYEV
15 il öncə Qarabağı Azərbaycan ərazisi kimi tanımışıq- PAŞİNYAN
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 