Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsulluğunun Aktyubinsk vilayətində yaşayan Azərbaycanlıların Milli Mədəni Cəmiyyətinin birgə təşkilatçılığı ilə Aktöbə şəhərində Azərbaycan-Qazaxıstan diplomatik əlaqələrinin qurulmasının 25 illiyi və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib.
ONN media AZƏRTAC-ın məlumatına əsasən bildirir ki, tədbirdə Qazaxıstan Xalqları Milli Assambleyasının Aktyubinsk vilayəti üzrə katibi Bimaqambetova Zamzaqül Adilqereyevna, vilayət və şəhər hakimliyinin səlahiyyətli əməkdaşları, Aktyubinsk vilayətində fəaliyyət göstərən digər milli mədəni mərkəzlərin rəhbərləri, Aktöbə şəhərində yaşayan azərbaycanlılar, şəhər ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan-Qazaxıstan diplomatik əlaqələrinə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən ölkəmizin Aktau şəhərindəki baş konsulluğunun rəhbəri Elxan Zeynalov əsası ümummilli lider Heydər Əliyev və Prezident Nursultan Nazarbayev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev ilə Prezident Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilən Azərbaycan-Qazaxıstan əlaqələrinin 25 illiyi, həmçinin Aktau şəhərində baş konsulluğun 10 illik fəaliyyəti ilə bağlı görülən işlərdən danışıb.
Qazaxıstan Xalqları Milli Assambleyasının Aktyubinsk vilayəti üzrə katibi Bimaqambetova Zamzaqül Adilqereyevna, Aktyubinsk vilayət hakimliyinin Təhsil və Dillərin İnkişafı İdarəsinin rəisi Tlubayeva Gülayım Telmanovna, Aktyubinsk vilayət Ağsaqqallar şurasının sədri Kurmanbek Erkin Jalmırzayeviç, K.Jubanov adına Aktöbə Dövlət universitetinin professoru Abdullayev Nurtaza Akişanoviç və Aktyubinsk vilayətində fəaliyyət göstərən Koreya Milli Mədəni Cəmiyyətinin sədri Sxay Konstantin Valentinoviç çıxış edərək Azərbaycan-Qazaxıstan tarixi əlaqələrindən danışıblar. Çıxışlarda Aktyubinsk vilayətindəki Azərbaycanlıların Milli Mədəni Cəmiyyətinin vilayətin sosial-siyasi həyatında göstərdiyi uğurlu fəaliyyəti xüsusi qeyd edilib.
Aktyubinsk vilayətindəki Azərbaycanlıların Milli Mədəni Cəmiyyətinin sədri Şahbaz Camalov cəmiyyətin vilayətdə gördüyü işlərdən və planlarından danışıb.
Tədbirdə baş konsulluğun Aktyubinsk vilayəti ilə əməkdaşlıq əlaqələrinin inkişafına dəstək vermiş şəxslərə baş konsulluğun fəxri fərmanları və xatirə hədiyyələri, həmçinin Aktyubinsk vilayət hakiminə təşəkkür məktubu təqdim olunub.
Sonra tədbir Aktyubinsk vilayətində fəaliyyət göstərən rus, Ukrayna, tatar, özbək, Koreya və Belarus milli mədəni cəmiyyətlərinin xor, rəqs, musiqi kollektivlərinin ifasında konsert proqramı ilə davam etdirilib.



Britaniya ilə əlaqələrin 30 illiyi ilə bağlı tədbir keçirildi
Naxçıvan MR-nın 100 illiyi ilə bağlı tədbir keçirildi
Tbilisidə Azərbaycan-Gürcüstan əlaqələrinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib
Milli Məclisdə TÜRK PA-nın iclası keçirilir
Azərbaycanın Türkiyədəki yeni səfiri Rəşad Məmmədov kimdir? - DOSYE
İstanbulda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildi
İstanbulda Heydər Əliyevin 95 və AXC-nin 100 illiyinə həsr olunmuş sərgi keçirilir
Azərbaycan və Qazaxıstan hərbçiləri birgə təlimə başladı
XİN-dən Mərakeşlə bağlı BƏYANAT
Komitə sədri Türkiyədə yaşayan soydaşlarımızla görüşdü
Diplomatik əlaqələrin 25 illiyi: zərf imzalandı
Filadelfiyadan Azərbaycana JEST
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 