Ölkə başçısının atmış olduğu bu addım gənclərimiz və bu gün torpaqlarımızın azad edilməsi uğrunda səngərlərdə xidmət aparan, erməni ilə üz-üzə dayanan əsgər və zabitlərimizin əhval-ruhiyyəsinə təsir göstərəcək. Çünki onlar bir daha əmin oldular ki, dövlət və Prezidentimiz onlarla bərabərdir, torpaq və vətən uğrunda şəhid olanlar unudulmur, ölkə başçısının onlara yüksək səviyyədə diqqət və qayğısı var. Bu, həm də vətənpərvərlik ruhunun və dövlətçiliyimizə etimadın güclənməsinə son dərəcə mühüm təsir göstərdi. ONN media xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. O bildirib ki, prezidentin dünən imzaladığı fərman ölkə başçısının ərazi bütövlüyümüz uğrunda döyüşən, şəhid olan insanlara və onların ailələrinə yüksək münasibətinin göstəricisi kimi qiymətləndirilməlidir: “Təsadüfi deyil ki, İlham Əliyevin ötən il prezident seçildikdən sonra ilk fərmanı şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olmuşdu. Bu uzun illərdən bəri müzakirə predmetinə çevrilən, ən müxtəlif səviyyələrdə gündəliyə gələn prosesin başlanğıcı olmuşdu. Ölkə başçısı hesab edirdi ki, bu proseslərin icrası zamanı sosial ədalət hökmən nəzərə alınmalı və heç kim diqqətdən kənar qalmalı deyil”. Millət vəkili qeyd edib ki, şəhid ailələrinə verilən 11 min manat vəsaitin ətrafında cəmiyyətdə müəyyən müzakirələr gedirdi: “Söhbət vaxtilə şəhid ailələrinə verilmiş olan vəsaitin hesablanması və onların bundan kənarda qalmasından gedirdi. Bununla bağlı həmin insanların narazılığı var idi. Onlar Milli Məclisin qarşısında bizlərlə görüşürdülər. Millət vəkilləri mən də daxil olmaqla bu cür insanlara müavinətin verilməsini önə çəkdik. Ölkə başçısının idarəçilik sisteminin üstün cəhətlərindən biri də cəmiyyətdə gedən diskussiyalara və müzakirələrə diqqətlə yanaşması və eyni zamanda Milli Məclisdə millət vəkilləri tərəfindən qaldırılan məsələlərə diqqət yetirməsidir. Bunun nəticəsində ölkə başçısı imzaladığı fərmanla ərazi bütövlüyü uğrunda vuruşan insanlara yüksək məhəbbətini, qayğısını bir daha nümayiş etdirdi”. Millət vəkili vurğulayıb ki, şəhid ailələri ilə görüşdə I vitse-prezident Mehriban Əliyevanın da iştirak etməsi şəhid ailələrinə diqqət və qayğının göstəricisi idi: “Mən televiziyalardan bu görüşü diqqətlə izlədim. Son dərəcə səmimi, yüksək səviyyədə keçən bu görüş hər kəsə mesaj oldu. Bu mesajın əsas mahiyyəti həm də ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda, torpaqlarımızın işğaldan azad olunması üçün şəhid olan övladlarımızın ailələri dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğı ilə əhatə olunub. Dünənki görüş heç şübhəsiz ki, bütövlükdə cəmiyyətimizə stimullaşdırıcı təsir bağışladı”.
Prezidentin bu addımı hər kəsə mesaj oldu – Millət vəkili



Deputat: İlham Əliyev şəhid ailələrinə öz doğmaları kimi yanaşdı
Prezident elan etdi: Qarabağda müharibə...
Prezidentdən şəhid ailələrinə şad xəbər
Millət vəkili şəhid gizirin ailəsi ilə görüşdü
Həsənquliyev Prezidentin çağırışına qoşuldu
25 fərdi ev şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verildi
Prezident şəhid jurnalistlərin ailələrinə ev verdi
Vətən Müharibəsi şəhidləri anım günlərində yad edildi
33 şəhid ailəsi və müharibə əlilinə mənzil verildi
Şəhid Asəf Nəsibovun ailəsinə mənzil verildi
Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı
Prezident və xanımının şəkillərini tutduğu şəhidlər kimlərdir? - FOTO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 