“Atəşkəs olmasına baxmayaraq, dünən yenə də bir komandirimiz şəhid olub”. ONN media xəbər verir ki, Bunu Milli Məclisin plenar iclasında çıxış edən deputat Çingiz Qənizadə deyib. O bildirib ki, bu məsələyə parlamet səviyyəsində etiraz edilməlidir: “Hadisə o vaxta təsadüf edir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıdadır. Bir mayorun, bir komandirin xidməti üçün Azərbaycan dövləti nə qədər əziyyət və xərc çəkib. Bizim atəşkəs elan etdiyimiz dövrdə yenə də komandirlərimiz ermənilər tərəfindən qətlə yetirilir. Baxmayaraq ki, hər iki tərəfin razılaşmasına əsasən, snyaperlərdən atəş açmaq qadağan olunub, düşmən tərəfi yenə də öz mənfur işini görür. Bir mayorun şəhid olması Azərbaycan büdcəsi qədər önəmli hadisədir. Çox istərdim ki, Milli Məclis ATƏT-in Minsk qrupu həmsdərlərinə bir daha çağırış etsin. Bu hadisəni törədənlər, onun günahkarları cəzalanmalıdır”. Deputat bildirib ki, dinc şəraitdə və atəşkəs rejimində yenə də zabitlərimiz snayperlər vasitəsilə qətlə yetirilir. “Qax rayonunda qəhrəmanımız dəfn olunub. Allahdan ona rəhmət diləyir və ailəsinə başsağlığı verirəm”. Qeyd edək ki, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Omarov Aqil Akif oğlu şəhid olub.
Mayorun şəhid olmasına Milli Məclis etiraz etməlidir – Deputatdan ÇAĞIRIŞ



Ermənilər atəşkəs bəyanatını yandırdı
MM sədrinin müavinləri onlar oldu - Adlar
Həmsədrlərdən cəbhədəki vəziyyətlə bağlı BƏYANAT
Paşayeva icra başçılarına çağırış etdi
“Parlamentdəki çıxışımı radikal çağırış kimi qəbul etməyin” - Deputat bəyanat yaydı
Rusiyadan Tovuz hadisələri ilə bağlı SON AÇIQLAMA
"Ermənistan özünü kifayət qədər gülünc vəziyyətə qoyur" - Leyla Abdullayeva
Şəhidimiz dəfn edildi - Foto
Ceyhun Bayramovun həmsədrlərlə görüşü baş tutdu
Fransa Senatının qətnaməsinin müzakirəsi başladı
V çağırışın FƏAL DEPUTATLARI - SİYAHI
Milli Məclis beynəlxalq təşkilatlara müraciət etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 